Bakıya külli miqdarda narkotik gətirmək istədilər
Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin dövriyyəsinə qarşı həyata keçirdikləri tədbirlərlə 49 yaşlı Yalçın Məmmədov və 46 yaşlı Rasim Nuriyev saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, onlardan 7 kiloqram marixuana və 949 ədəd metadon həbi aşkarlanıb. Araşdırmalarla Y.Məmmədov və R.Nuriyevin narkotikləri şəxsiyyəti İran vətəndaşından əldə edərək maddi qazanc qarşılığında Bakı şəhəri ərazisində deyiləcək ünvanlara çatdırmağa razılaşdıqları müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Bundan əlavə, polis əməkdaşları mayın 22-də ümumi çəkisi 10,7 kiloqramdan artıq narkotik vasitə aşkar edərək götürüblər.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
P.ƏMİRCANOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 23 May 2025 11:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















