Bakıya narkotik satmağa gələnlər tutuldu
Icma.az, Lent az portalına istinadən məlumat verir.
Yardımlıda narkotiklərin dövriyyəsinə qarşı əməliyyat keçirilib.
DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə 49 yaşlı Yalçın Məmmədov və 46 yaşlı Rasim Nuriyev saxlanılıblar. Onlardan 7 kiloqram marixuana və 949 ədəd metadon həbi aşkarlanıb.
Araşdırmalarla Y.Məmmədov və R.Nuriyevin narkotikləri şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə edərək maddi qazanc qarşılığında Bakı şəhəri ərazisində deyiləcək ünvanlara çatdırmağa razılaşdıqları müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.


Bakıya narkotik satmağa gəlirdi, rayonda tutuldu
13 Dekabr 2024 17:11
Bakıya narkotik satmağa gələn dəstə tutuldu VİDEO
30 Dekabr 2024 09:49
Bakıya narkotik satmağa gəlirdilər, yolda saxlanıldılar
15 Mart 2025 14:20
Bakıya əsas narkotik gətirən iranlı tutuldu VİDEO
20 Dekabr 2024 17:11
DSXdən əməliyyat: İstanbuldan Bakıya külli miqdarda narkotik gətirənlər tutuldu
30 Dekabr 2024 12:56

