Bakıya qadağan olunmuş texnikalar satılıb Almaniyada Azərbaycanla bağlı məhkəmə prosesi başlayır
Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Almaniyada bir qrup iş adamına qarşı kəşfiyyat və müşahidə texnologiyalarının lisenziyasız şəkildə Azərbaycana satılması ilə bağlı məhkəmə prosesi başlamaqdadır.
Bakupost.az-ın əldə etdiyi məlumata görə, iş üzrə ittiham aktı Almaniya prokurorluğu tərəfindən hazırlanıb. Hazırda məhkəmə əsas icraatın açılıb-açılmaması məsələsinə baxır.
İstintaq materiallarında bildirilir ki, təqsirləndirilən şəxslər 2019–2024-cü illər ərzində Avropa İttifaqında (Aİ) “dual-use” – yəni ikiqat təyinatlı hesab edilən yüksək texnoloji avadanlıqları müvafiq dövlət icazəsi olmadan Banqladeş, Vyetnam, İndoneziya, Nigeriya və Pakistan kimi ölkələrə, o cümlədən Azərbaycana ixrac ediblər.
Söhbət əsasən:
• elektron müşahidə sistemlərindən,
• rabitə və siqnal izləmə texnologiyalarından,
• peyk əsaslı monitorinq avadanlıqlarından gedir.
Bu texnologiyalar geniş ərazilərin real vaxt rejimində izlənməsi, rabitə siqnallarının tutulması və təhlili, obyekt və şəxslərin uzaqdan müşahidəsi, sərhəd nəzarəti və təhlükəsizlik infrastrukturunun gücləndirilməsi məqsədləri üçün istifadə oluna bilir.
Aİ-nin ciddi nəzarətində olan avadanlıqlar
Qeyd olunur ki, adıçəkilən texnologiyalar hərbi və kəşfiyyat məqsədləri üçün də istifadə edilə bildiyindən, Avropa İttifaqı tərəfindən xüsusi ixrac nəzarətinə tabedir və onların üçüncü ölkələrə satışı üçün xüsusi lisenziya tələb olunur.
İttiham aktına əsasən, almaniyalı iş adamları bu tələbləri bilərəkdən pozub, bəzi hallarda isə ixrac olunan məhsulların real təyinatını gizlətməyə cəhd ediblər. Prokurorluq bunu ixrac nəzarəti qanunvericiliyinin kobud şəkildə pozulması kimi qiymətləndirir.
Ağır cəzalar gözlənilir
Hazırda iş üzrə əsas məhkəmə prosesinin başlanıb-başlanmaması məsələsi müzakirə olunur. İddialar təsdiqini taparsa, təqsirləndirilən şəxsləri uzunmüddətli həbs cəzası və yüksək məbləğdə cərimələr gözləyə bilər.
Qeyd edək ki, rəsmi sənədlərdə texnologiyaların Azərbaycanda hansı qurum və ya struktur tərəfindən əldə edildiyi açıqlanmır. Məhkəmə prosesi başladıqdan sonra iş üzrə yeni detalların üzə çıxacağı istisna edilmir.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:Paşinyan Almaniyada Azərbaycanla sülhdən danışdı
09 Dekabr 2025 21:00
Almaniyada uğur qazanan gimnastlarımız Bakıya qayıdıb
21 İyul 2025 13:16
Azərbaycanla bağlı sensasion plan İbrahim niyə Bakıya göndərilir ?
28 Avqust 2025 11:57
Axtarışda olan şəxs Almaniyada tutulub Bakıya gətirildi
04 Noyabr 2024 21:37
Almaniyada seçki prosesi başladı
16 Dekabr 2024 23:19
Baxış sayı:34
Bu xəbər 26 Yanvar 2026 11:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















