Icma.az
close
up
RU
Bakıya sürpriz səfər 4 il əvvəlki plan işə düşür

Bakıya sürpriz səfər 4 il əvvəlki plan işə düşür

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, türkmən xalqının Milli Lideri, Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfər edəcək. Məlumata görə, səfər iyunun 16-da baş tutacaq və Bakıda bir sıra rəsmi görüşlər keçiriləcək. Görüşlər zamanı ikitərəfli əlaqələrin müzakirə olunacağı bildirilir.

Berdiməhəmmədovun sürpriz səfərinin məqsədi nədir? Başqa hansı məsələlər müzakirə edilə bilər?

Globalinfo.az-a danışan politoloq Sultan Zahidov bildirib ki, Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana bu, ilk səfəri deyil:

“Azərbaycan Prezidentinin də Türkmənistana bir sıra mühüm səfərləri olub. Bu qarşılıqlı səfərlər iki ölkə arasında münasibətlərin dinamik və müsbət məcrada inkişaf etdiyini göstərir. 2017-ci ildə Azərbaycan və Türkmənistan arasında strateji tərəfdaşlıq sazişi imzalanıb. Nəqliyyat sahəsində də geniş əməkdaşlıq mövcuddur. Türkmənistan Azərbaycanın Mərkəzi Asiyaya açılan iki əsas giriş qapısından biridir. Digəri isə Qazaxıstandır. Azərbaycan isə Türkmənistan üçün Avropaya çıxış baxımından vacib tranzit ölkə rolunu oynayır.

Enerji sahəsində əməkdaşlıq da yüksələn xətt üzrə inkişaf edir. Kənd təsərrüfatı, şəhərsalma, humanitar və mədəni sahələrdə də əlaqələr getdikcə genişlənir. Bütün bunlar iki ölkə liderlərinin səfərlərinin zəruriliyini və təbii xarakter daşıdığını göstərir. Hazırda Azərbaycan və Türkmənistanın gündəliyində genişmiqyaslı əməkdaşlıq məsələləri durur və bu kontekstdə qarşılıqlı səfərlər tamamilə məntiqlidir.

Həmçinin oxuyun:

TDT Dövlət başçılarının qeyri-rəsmi iclası: Prezident çıxış etdi – FOTOLAR


Sultan Zahidov

Beş gün sonra baş tutacaq səfər çərçivəsində də əlaqələrin dərinləşdirilməsi, Orta Dəhlizin inkişafı, gömrük prosedurlarının sadələşdirilməsi kimi məsələlər müzakirə oluna bilər.

Xatırlatmaq lazımdır ki, 2021-ci ildə Azərbaycan, Türkmənistan və İran arasında imzalanan üçtərəfli qaz svop müqaviləsi Türkmənistan qazının İran vasitəsilə Azərbaycana çatdırılmasını nəzərdə tuturdu. Lakin 2024-cü ilin yanvar ayında bu təchizat müvəqqəti olaraq dayandırıldı. Yenidən bərpa olunması üçün əlavə danışıqlar və görüşlərə ehtiyac var. Bu səbəbdən də qarşıdan gələn səfəri olduqca əhəmiyyətli hesab etmək olar.

Uzaq perspektivdə isə Transxəzər qaz kəmərinin yaradılması potensialı da gündəmə gətirilə bilər”.

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 11 İyun 2025 21:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see788

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see749

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see745

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see542

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see531

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see497

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see399

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see381

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see369

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see363

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see339

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see335

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

07 Oktyabr 2026 17:54see290

Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

07 Oktyabr 2026 17:46see287

Onun Azərbaycanla əlaqəsi yoxdur Alman kəşfiyyatı

07 Oktyabr 2026 18:13see261

Azərbaycan Kuboku: 2 oyuna 18 qol

07 Oktyabr 2026 18:11see260

Arteta Arsenal la müqaviləsini uzatdı maaşı da bəlli oldu

07 Oktyabr 2026 18:14see259

Ümumdünya Layiqli Əmək Günü ilə əlaqədar tədbir keçirilib

07 Oktyabr 2026 18:16see252

Azərbaycan əsgəri cəzasının bir hissəsini Ermənistanda çəkəcək Paşinyan

07 Oktyabr 2026 18:23see223

Portnikov: Ukrayna əsgərləri və dronları müharibədə qalib gələcək...

07 Oktyabr 2026 18:12see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri