Bakıya uçan təyyarələr havaya qalxa bilmədi: dron TƏHLÜKƏSİ
Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.
Avqustun 22-də Rusiyanın bir sıra hava limanlarında dron hücumları ilə bağlı təyyarələrin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq olunur.
Lent.az xəbər verir ki, “Rosaviasiya”nın məlumatına görə, qərarlar uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə qəbul edilib.
Bu məqsədlə Rusiya daxilində və əksər xarici uçuşlar ləğv edilib yaxud təxirə salınıb.
Təxirə salınan uçuşlar siyahısında Moskvanın “Vunkovo” hava limanından Bakıya uçan iki reys də var. Bakıya uçuşu həyata keçirən təyyarələrdən biri AZAL-a, digəri isə “Utair” hava yolları şirkətlərinə məxsusdur. Bildirilir ki, AZAL-ın təyyarəsi yerli vaxtla saat 01:00-da yola düşməli olsa da, uçuş saat 14:00-dək, “Utair”ə məxsus təyyarə isə yerli vaxtla 09:50-də havaya qalxmalı olsa da, 10:50-dək təxirə salınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:204
Bu xəbər 22 Avqust 2026 09:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















