Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir
Baku.ws saytına istinadən Icma.az xəbər verir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Bakı Telefon Rabitəsi” MMC (Baktelekom) 4 mbit/s və 10 mbit/s tariflərini ləğv edəcək.
BAKU.WS qurumun yaydığı məlumata istinadən xəbər verir ki, abunəçilərin daha sürətli internetə keçidini təmin etmək məqsədilə GPON (Giqabit Passiv Optik Şəbəkə) 4 mbit/s və 10 mbit/s tariflərinin istifadəçiləri 6 avqust 2022-ci il tarixindən müvafiq olaraq 15 mbit/s və 30 mbit/s tarif paketinə köçürüləcək.
Məlumata görə, 4 mbit/s və 10 mbit/s-lik xidmətindən 15 mbit/s və 30 mbit/s paketinə keçid almış müştərilərin gələcəkdə daha sürətli internet paketlərinə keçidi üçün təklif olunan yüksək sürətli tariflərdən birini seçmək imkanı da var.
Xidmət istifadəçiləri sözügedən tariflərə keçmək üçün aşağıda sadalanan kanallar üzərindən müraciət edərək daha tez seçim edə bilərlər:
https://baktelecom.az/tarifi-deyish
Rabitə Xidmət Mərkəzi (rayon üzrə)
“155” Çağrı mərkəzi
Qeyd edək ki, GPON internet xidməti fiber-optik xətləri üzərindən təmin edilir. Bu texnologiya 100 mbit/s-ə qədər qoşulma sürəti, kəsintisiz rabitə və telefon xətlərindən asılılığın olmaması kimi üstünlüklərə malikdir.
Baxış sayı:155
Bu xəbər 05 Yanvar 2026 04:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















