Icma.az
close
up
RU
“Baku Electronics” və “ABC Telecom” haqqında iş qaldırıldı Saxta reklamlar...

“Baku Electronics” və “ABC Telecom” haqqında iş qaldırıldı Saxta reklamlar...

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi elektronika və məişət texnikası məhsullarının satış bazarında fəaliyyət göstərən əsas iştirakçılardan “Baku Electronics” və “ABC Telecom” MMC-lər barəsində ilkin araşdırma aparıb.

Agentlikdən “Report”a verilən məlumata görə, araşdırma nəticəsində “Baku Electronics”in “YOSHİRO” əmtəə nişanlı televizorların, “ABC Telecom”un “HOFFMANN” əmtəə nişanlı yağla işləyən elektrik qızdırıcılarının təqdimatında istehlakçılarda yanlış təsəvvür yaradan və həqiqətə uyğun olmayan məlumatlardan istifadə etdiyi müəyyən olunub.

Bildirilib ki, sözügedən məhsulların mənşəyi, hazırlanma üsulu və texnologiyası barədə istehlakçıları çaşdıran məlumatlar verilməsi, eləcə də mühüm xüsusiyyətləri barədə düzgün olmayan göstəricilərin təqdim edilməsi haqsız rəqabət əlaməti kimi qiymətləndirilib. Eyni zamanda, “YOSHİRO” markalı televizorların reklamlarında da yanlış məlumatların yer aldığı aşkarlanıb.

Qeyd edilən faktlarla bağlı Agentlik hər iki təsərrüfat subyekti barəsində rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırıb. Hazırda bu işlərə baxılma prosesi davam edir. Nəticələrlə bağlı əlavə məlumat veriləcək.

Bildirilib ki, Rəqabət Məcəlləsinin tələblərinə əsasən, məhsulun mənşəyi, hazırlanma üsulu və texnologiyası, istifadə üçün yararlılığı, keyfiyyəti, çəkisi, qiyməti və ya başqa xassələri, habelə təsərrüfat subyekti və ya onun sahibkarlıq fəaliyyətinin xüsusiyyəti barədə müştərini çaşdıra və ya aldada bilən hər hansı məlumatlardan istifadə olunması, məhsulun istehlak xassələri və digər mühüm xüsusiyyətləri barədə həqiqətə uyğun olmayan göstəricilərdən, o cümlədən fərqləndirici nişan, marka və ya işarələrdən istifadə edilməsi və bununla əlaqədar reklamın verilməsi müştəriləri çaşdırmağa, yaxud aldatmağa yönəldilmiş hərəkətlər, haqsız, qeyri-dəqiq və ya gizli reklamdan istifadə etməklə haqsız rəqabətə yol verilməsi isə haqsız rəqabətə səbəb olan qanunsuz hərəkətlər hesab olunur və bu hərəkətlər qadağandır.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 30 İyul 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nazir: Xızı Abşeron KES yaxın vaxtlarda istismara hazır olacaq

31 Oktyabr 2025 15:06see242

Məktəblilər qırmızıdan keçən “Renault”la toqquşmaqdan son anda xilas oldular VİDEO

01 Noyabr 2025 00:15see184

Mayonezlə bağlı şok araşdırma Sağlamlığa ciddi təhlükə imiş...

31 Oktyabr 2025 05:06see168

Payız turizmi üçün ən yaxşı şəhərlərin adları açıqlanıb...

31 Oktyabr 2025 21:06see155

Anar Əliyev Naxçıvanda vətəndaş qəbulu keçirib

31 Oktyabr 2025 14:03see153

Putin İradə Zeynalovaya fövqəladə və səlahiyyətli səfir rütbəsi verib

01 Noyabr 2025 12:50see151

Teva xərçəng riski ilə əlaqədar olaraq təzyiq dərmanını geri çağırır

31 Oktyabr 2025 14:32see147

Gömrük Komitəsinin vəzifəli şəxsi sahibkara qarşı qanunsuzluq edir? ŞİKAYƏT

01 Noyabr 2025 13:32see140

Cabir İmanovun çəkildiyi reklamlar niyə hələ də yığışdırılmır? Şirkətdən AÇIQLAMA

31 Oktyabr 2025 14:15see137

Beyninizin hansı yarımkürəsi dominantdır? Özünüzü sınayın

01 Noyabr 2025 07:07see130

Tələbələr universiteti məhkəməyə şikayət edə bilər?

01 Noyabr 2025 00:14see127

Qərbi Azərbaycan Xronikası: Ermənilər dedilər ki, getməlisiniz, bura bizimdir

31 Oktyabr 2025 22:26see127

Livan İsraillə müharibəni dayandırmağa hazır olduğunu açıqladı

31 Oktyabr 2025 16:15see127

Karib dənizində güclü qasırğa Melissa iki ölkədə 68 nəfərin canını aldı, itkin düşənlər var

31 Oktyabr 2025 15:27see126

Yeni sərmayə institutu...

01 Noyabr 2025 10:39see124

Ağ Evin Halloueen bayramı: McDonald s uşaq restoranı interneti sevindirir…

31 Oktyabr 2025 21:35see123

Məktəblilərin intim videosu yayıldı Cinayət işi açıldı

31 Oktyabr 2025 13:48see122

Nazir Kürdəmirdə sıra baxışı keçirdi, 163 nəfər seçildi Video

01 Noyabr 2025 13:26see122

Rusiyada barmağı keyiyən qadında nadir xəstəlik aşkarlandı

01 Noyabr 2025 07:03see122

Azərbaycanda turizm çöküb: Dövlət hər il milyonlar itirir

01 Noyabr 2025 18:12see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri