“Baku Open 2024”də 300 dən çox şahmatçı iştirak edəcək
Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Şahmat Federasiyası (AŞF), Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə dəstəyi ilə növbəti dəfə “Baku Open – 2024” Beynəlxalq Şahmat Festivalı keçiriləcək.
Futbolpress.az xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyası – FIDE-nin 100 illiyinə həsr edilən turnirdə Azərbaycanla yanaşı Bolqarıstan, Gürcüstan, Hindistan, İran, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Qətər, Türkiyə, Ukrayna, ABŞ, Özbəkistan şahmatçıları və FIDE bayrağıyla qatılan iştirakçılar çıxış edəcək.
Azərbaycan şahmatçılarından Rauf Məmmədov, Qədir Hüseynov, Aydın Süleymanlı, Məhəmməd Muradlı, o cümlədən Günay Məmmədzadə, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gülnar Məmmədova və digərləri “Baku Open – 2024” Beynəlxalq Şahmat Festivalında mübarizə aparacaq.
Qeyd edək ki, yarışın A və B qruplarında iştirak üçün ümumilikdə 300-dən çox şahmatçı qeydiyyatdan keçib. İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarət olacaq.
Bakı İdman Sarayının ev sahibliyi edəcəyi festivalın ümumi mükafat fondu 50 000 ABŞ dollarına bərabərdi.
“Baku Open – 2024” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi iyunun 29-u saat 14-30-da başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 27 Aprel 2026 21:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















