Icma.az
close
up
RU
“Baku Steel Company” təltif edilib

“Baku Steel Company” təltif edilib

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qafqazın ən böyük metallurgiya şirkəti olan “Baku Steel Company” QSC (bundan sonra BSC) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən “Özəl sektor üzrə fəal ixracatçı” nominasiyası üzrə mükafata layiq görülüb. Mükafatı İqtisadiyyat naziri Mikayıl Cabbarov və Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov BSC-nin Baş direktoru Kamal İbrahimova təqdim ediblər.

BSC-nin Baş direktoru Kamal İbrahimov öz növbəsində şirkətin fəaliyyətini yüksək qiymətləndirdiyinə görə Dövlət Vergi Xidmətinin timsalında İqtisadiyyat Nazirliyinə təşəkkürünü bildirdi

BSC-nin 23 ildən artıq uzunmüddətli və dayanıqlı ixracat fəaliyyəti, beynəlxalq standartlara cavab verən keyfiyyətli məhsul istehsalı və xarici bazarlara intensiv çıxışı mükafatın əldə edilməsində həlledici rol oynayıb. Şirkət rəhbərliyi, bu uğurun yalnız BSC-nin deyil, həm də dövlət tərəfindən iqtisadiyyatın inkişafına göstərilən dəstəyin və ixracatın artırılması istiqamətindəki strateji addımların mühüm bir göstəricisi olduğunu qeyd edib.

Bildirilib ki, sözügedən mükafat şirkətin gələcək inkişafına stimul olacaq və Azərbaycanın ixrac potensialını metallurgiya sənayesi sahəsində daha da genişləndirməyə sövq edəcək.

Bu nailiyyət, BSC-nin strateji istiqamətlərindən biri kimi, Azərbaycanın metallurgiya sənayesinin ölkənin qeyri-neft sektorunun flaqman sahələrindən birinə çevrilməsidir.

Qeyd etmək lazımdır ki, BSC 2024-cü ildə Azərbaycanın ən iri 50 vergi ödəyicisi sırasına daxil olub. Şirkət ötən il ərzində dövlət büdcəsinə 26,7 milyon manat vergi ödənişləri həyata keçirdib. BSC, Azərbaycanın ən böyük istehsalçılarından biri kimi, yüksək keyfiyyətdə armaturlar, katankalar (polad məftil), kvadrat və dairəvi pəstahlar, tikişsiz borular istehsal edir. Burada, həmçinin şvellerlər, künclüklər, ikitavrlar, kvadrat və dairəvi çubuqlar da hazırlamaq mümkündür. Nəinki Azərbaycanın, bütün regionun tanınmış brendinə çevrilən BSC-nin məhsulları yerli bazarda böyük tələbatla satılmaqla yanaşı, indiyədək Avropa, Afrika, Amerika və Asiyanın, ümumilikdə, 20-dən çox ölkəsinə ixrac olunub.   

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 18 Fevral 2025 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see225

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see171

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see167

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see161

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see154

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see147

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see143

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri