Icma.az
close
up
RU
“BakuBus” avtobusların yuyulmasına 1 milyon manat ayırdı

“BakuBus” avtobusların yuyulmasına 1 milyon manat ayırdı

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

“BakuBus” MMC avtobus yuma stansiyasına 4 dəst avadanlığa 1.192.170,05 manat xərcləməyə hazırlaşır.

Bakıvaxtı.az Teleqraf-a istinadən xəbər verir ki, “BakuBus” Xırdalan şəhərində avtobus yuma stansiyası üçün avadanlığın satın alınması məqsədilə müsabiqə keçirir.

Qeyd edək ki, “BakuBus”-a məxsus avtobuslarda təmizlik uzun müddətdir müzakirə mövzusudur. Xüsusilə yağışlı havalardan sonra avtobusların pəncərələrindən ətrafı görmək mümkün olmur. Avtobusların ənənəvi rəngləri dəyişir. Halbuki "Bakubus" cəmiyyətə ekoloji cəhətdən təmiz, komfortlu avtobuslarla təchiz olunmuş ictimai nəqliyyat sistemi kimi təqdim edilir.

Beynəlxalq stanartlara cavab vermək üçün bu ildən qollarını çırmalayan “BakuBus” rəhbərliyinin atdığı addımlara sadəcə yeni avtobusların alınması, parkların yenilənməsi və elektrik nəqliyyatına keçid istiqamətində layihələrin icrası üçün iri həcmli satınalmalar keçirərək tender qalibləri ilə milyon manatlıq müqavilələr bağlamaq daxildir.

Götürək Buzovna qəsəbəsi Albalılıq ərazisində tikiləcək yeni avtobus parkının tikinti işlərini. Bu ilin əvvəlindən MMC milyonlar xərcləyir. Hələ də avtobus parkını ərsəyə gətirə bilmir. Tender şərtlərinə əsasən Albalılıqdakı yeni avtobus parkı üzrə işlər bu ilin dekabrının 18-də bitməli idi. Lakin ortada ancaq yeni tender elanları və bağlanan müqavilələr var.

Onu da qeyd edək ki, tikinti işlərinin satınalınması ilə bağlı "Bakıyaşayıştikinti" MMC ilə bu ilin iyul ayında 12.922.360,36 manat dəyərində müqavilə imzalanıb.İşlərin başlama tarixi də müqavilədə elə iyul ayı göstərilib. Bunun ardınca “BakuBus” MMCAlbalılıq ərazisində yerləşən avtobus parkınının təmir mərkəzi üçün tələb olunan alət və avadanlıqların satın alınması və quraşdırılması üçün "Toptul.Az" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 738.504,14 AZN, Albalılıq qarajı üzrə elektrik təchizatı işlərinin satın alınması ilə bağlı “Bakelektro” Açıq Səhmdar Cəmiyyəti ilə 12.255.098,48 AZN, “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin elektrik enerjisi ilə işləyən avtobusları (BYD) üçün elektrik dolum stansiyalarının satın alınması və Xəzər rayonu, Buzovna qəsəbəsi Albalılıq ərazisində yerləşən avtobus parkına quraşdırılması üçün “Electrify Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 1.193.451 AZN dəyərində müqavilələr imzalayıb.

Eləcə də Albalılıq avtobus parkında yerləşən yuma məntəqəsi üçün portal tipli yuyucu avadanlığın alınması və quraşdırılmasının satın alınması üçün "Karcher" Məhdud Məsuliyyətli Cəmiyyətinə 436.000 AZN ödəyib.

Avtobus parkının "yenilənməsi istiqamətində keçirilən müzabiqələr bununla yekunlaşmayıb. “BakuBus” işğaldan azad edilmiş rayonlar üzrə elektrik mühərrikli avtobusların satın alınması ilə bağlı Azerbaijan Energy Automotive Factory” MMC ilə 16.675.640 AZN, Bakı şəhəri üçün 160 ədəd elektrik avtobusu və onun şarj aparatlarının satın alınması üçün BYD Auto İndustry Co., Ltd-yə 86.962.437 AZN, Suraxanı rayonu Zığ yolu 95 ünvanında yerləşən avtobus parkında 0.4 kv daxili elektrik sisteminin qurulması işləri üçün "Bakelektro" ASC-yə 15.067.184,86 AZN, 200 ədəd elektrik şəhər avtobuslarının və əlaqəli xidmətlərin təchizatı və çatdırılması üçün "Azerbaijan Energy Automotive Factory" MMC-yə 101.973.616 AZN ödəyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:26
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 25 Dekabr 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see224

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see210

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see188

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see167

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see161

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see159

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see152

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see151

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see150

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see144

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see139

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see139

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see136

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see135

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri