BakuBus Naxçıvan şəhərində sərnişindaşıma xidmətlərinə hazırlıq işlərini davam etdirir
Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.
İctimai nəqliyyat xidmətlərinin keyfiyyətli və təhlükəsiz təşkili istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində AZCON Holding şirkətlərindən olan "BakuBus" MMC tərəfindən Naxçıvan şəhərində sərnişindaşıma xidmətlərinə hazırlıq işləri davam etdirilir.
Hazırlıq prosesinin tərkib hissəsi olaraq "CityCard" ödəniş kartlarının Naxçıvan şəhərində "Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi" MMC-nin filiallarında satışına başlanılacaq. Satışlar 7 avqustdan etibarən həyata keçiriləcək. Kartın satış qiyməti 2 (iki) manat müəyyən edilib.
Naxçıvan şəhərində fəaliyyət göstərəcək "BakuBus" MMC-nin istismarında olan avtobuslarda "CityCard" nağdsız ödəniş sistemi tətbiq ediləcək. Sərnişinlər gediş haqqını "CityCard" kartı, istənilən bank kartı, eləcə də "Google Pay" və "Apple Pay" mobil ödəniş xidmətləri vasitəsilə ödəyə biləcəklər.
Bununla yanaşı, sərnişinlər "BakıKart" mobil tətbiqini "App Store" və "Google Play" platformalarından yükləməklə "CityCard" kartlarının balansını onlayn artıra, həmçinin QR kod vasitəsilə gediş haqqını rahat şəkildə ödəyə biləcəklər.
"BakuBus" MMC-nin Naxçıvan şəhərində fəaliyyətə başlaması ilə ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, sərnişin məmnuniyyətinin təmin olunması və ödəniş proseslərinin tam nağdsız formatda həyata keçirilməsi təmin olunacaq.
Vebsayt üçün foto link:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 07 Avqust 2026 16:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















