BakuBus yük avtomobilinə çırpıldı DYP dən açıqlama (VİDEO)
Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakıda gecə saatlarında ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, hadisə metronun "Koroğlu" stansiyasının qarşısında qeydə alınıb.
Belə ki, "BakuBus"a məxsus sərnişin avtobusu yük avtomobilinə çırpılıb.
Qəza zamanı avtobusa ciddi ziyan dəyib.
Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi Toğrul Nəsirli bildirib ki, hadisə paytaxtın Sabunçu rayonunda, H.Əliyev prospektində qeydə alınıb:
"BakuBus"a məxsus "BMC" markalı 99-JU-250 dövlət nömrə nişanlı avtobusla 99-HT-975 dövlət nömrə nişanlı "KamAZ" markalı yük avtomobili toqquşub. Hadisə nəticəsində avtobusun sürücüsü yüngül xəsarət alıb. Avtobusa ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır".

