Icma.az
close
up
RU
Balaca qızdan Prezidentə məktub

Balaca qızdan Prezidentə məktub

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Kubra Məhərrəmova yazır...

Salam, müzəffər Ali Baş Komandan!

Bu gün sizin doğum gününüzdür, 63 yaşınız tamam olur. Siz bu illər ərzində bizim, xalqımızın ən böyük probleminin həllinə nail olmuşunuz, bizi öz doğma yurd-yuvamıza qovuşdurmusunuz, 30 illik işğala son qoymuşunuz.

Çox vaxt sosial şəbəkələrdə sizin çıxışlarınızın videoları qarşıma çıxır. Bu qısa videoları isə adi vətəndaşlar kəsib-düzəldib yerləşdirirlər sosial şəbəkələrə.

Bu isə o deməkdir siz daim xalqı maraqlandıran məsələlərə toxunursunuz, onların mənafeyini əks etdirən çıxışlar edirsiniz və onlar da sevgilərini sizə bu formada göstərirlər.

Mənim ən sevdiklərimdən biri isə bu çıxışınızdır: "Endir o bayrağı dirəkdən, bük, qoy cibinə, get başqa ölkənin tərkibində yaşa".

Bu ifadəni siz Ağdam rayonunun işğaldan azad olunması münasibətilə xalqa müraciətinizdə demişdiniz.

Dediyiniz hər kəlmə ürəyimizə yağ kimi yayılırdı. Ümumiyyətlə, 2020-ci il hamımız üçün çətin il oldu və bu çətin günlər öz bəhrəsini verdi, biz zəfərə qovuşduq, qələbə qazandıq.

Yadımdadır, 44 günlük Vətən müharibəsinin hər gününü nigaran, sevinc, qürur, fəxr hissi ilə yaşadıq. Hər dəfə sizin sosial şəbəkələrdə yazdığınız paylaşımları oxuyanda əl-ayağımız əsirdi. Televiziyada çıxışlarınıza baxanda üzünüzdəki əzmkarlıq, qələbə əzmi bizi də ruhlandırırdı. Bu dəfə olacaq, mütləq olacaq deyirdik.

Heç vaxt unutmadığım məqam isə 44 günlük mübarizə içində sentyabrın 30-zu sizin, hərbi hospitala gedib döyüşdə yaralanan zabit və əsgərlərlə görüşünüz idi. Elə çıxışınızı da, çox səmimi ifadə ilə başlamışdınız: "Allah şəfa versin. Əziz uşaqlar, siz Vətən uğrunda gedən döyüşlərdə müxtəlif xəsarətlər almısınız, yaralanmısınız. Həkimlər sizə yaxşı baxırlar. Əminəm, həkimlər əllərindən gələni edəcəklər ki, siz tezliklə sağalıb normal həyata qayıdasınız".

Görüşdən sonra Birinci vitse-prezident Mehriban xanım da döyüşçülərimizi görüb hisslərinə hakim kəsilə bilməmişdi. Kövrəlib ağlamışdı. Bir ana kimi, bir bacı kimi dərdlərinə şərik olmuşdu.

Amma bütün bu emosiyaların, ağrı-acının içində sizin nələri götür-qoy etdiyinizi, nəyi necə həll etdiyinizi, bu böyüklükdə məsuliyyəti necə daşıdığınızı bu gün daha yaxşı anlayıram.

Mən uşaq olanda xalq olaraq böyük depressiya içində idik. Bunu hər yerdə görürdüm. "Qara yanvar", Xocalı faciəsi, bitib-tükənməyən ağrı-acılar... və ortalıqda gəzən ifadə "yiyəmiz yoxdur"...

Bu ifadə həmişə məni çox sarsıdıb, niyə bizim yiyəmiz yoxdur ki? Nədir yiyəli olmaq?

Sən demə böyüyümüz, güvənəcəyimiz, etibar edəcəyimiz bir rəhbərimiz yoxdur demək imiş.

Bu gün hər şey dəyişib. Elə bil o qaranlıq Azərbaycan heç olmamışdı, elə bil o dəhşət və vəhşətlər heç yaşanmamışdı.

Bu gün başqa bir reallıq içindəyik.

Qalibik, alnımız açıqdır, xarici ölkələrə gedəndə adama indi bir başqa cür baxırlar, bir başqa cür salam verirlər.

Elə bil geyim də əynimizə daha yaxşı oturur. Elə güzgüdə də daha yaxşı görünürük.

Sən demə bunun üçün 30 il zaman və nəyin nə vaxt lazım olduğunu bilən bir rəhbər lazım imiş.

Cənab Prezident, çox şey yazmaq olar, çox şey demək olar. Amma bu gün sizə uzun ömür və cansağlığı arzu edirəm. Arzu edirəm ki, bundan sonra heç vaxt müharibə olmasın, ölkəmiz sizin rəhbərliyiniz altında firavan, xalqımız daim xoşbəxt olsun.

Sizə həmişə qalib, güclü və qüdrətli olmağı arzu edirəm.

Bu məktubu sizə qaranlıq Azərbaycandan işıqlı Azərbaycana çıxan adi bir vətəndaş yazdı. Bir vaxt evindən küçəyə çıxmağa qorxan balaca qız.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://oxu.az
archiveBu xəbər 24 Dekabr 2024 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see413

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see300

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see296

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see289

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see281

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see271

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see270

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see258

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see253

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see237

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see230

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see223

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see204

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see194

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see193

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see180

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see168

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri