Icma.az
close
up
RU
Balaəli maşınla bunu etdiyinə görə MƏHKƏMƏYƏ VERİLƏCƏK: 1 ilədək...

Balaəli maşınla bunu etdiyinə görə MƏHKƏMƏYƏ VERİLƏCƏK: 1 ilədək...

Tanınmış meyxanaçı Balaəli Rzayevin sürücülük hüququ məhdudlaşdırıla bilər.

Avtosfer.az Modern.az-a istinadən xəbər verir ki, meyxanaçı barədə İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati protokol tərtib edilib.

Bu maddəyə görə, B.Rzayev yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməyib.

İşə Sabunçu Rayon Məhkəməsində hakim Günel Məmmədovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, protokol təsdiq edilərsə, meyxanaçının sürücülük hüququ 6 aydan 1 ilə qədər məhdudlaşdırılacaq.

seeBaxış sayı:70
embedMənbə:https://avtosfer.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri