Balakən Tarix Diyarşünaslıq Muzeyində Yaqub Mahmudov guşəsi yaradıldı
Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
Balakən Rayon Tarix-Diyarşünaslıq Muzeyində AMEA-nın müşaviri, akademik Yaqub Mahmudovun həyatı, elmi‐pedaqoji və ictimai‐siyasi fəaliyyətinə həsr olunan guşə təşkil edilib.
Modern.az xəbər verir ki, guşə Balakən Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə yaradılıb.
Guşənin yaradılmasında məqsəd Azərbaycan tarix elminin tədqiqi və tədrisində böyük xidmətləri olan Yaqub Mahmudovun zəngin elmi irsini tanıtmaq, onun milli ideologiyanın formalaşmasındakı rolunu gənc nəslə çatdırmaqdır.
Guşədə görkəmli tarixçi alimin 20 cildlik “Seçilmiş əsərləri”, yerli və xarici təltiflərinin surətləri, eləcə də onun həyat və fəaliyyətini əks etdirən fotomateriallar yer alır.
Xatırladaq ki, Yaqub Mahmudov Balakən rayon təhsil mühitinin yetirməsidir. O, 1956-cı ildə Balakən rayonunun Sarıbulaq kənd tam orta məktəbini bitirib və ilk yetirməsi olduğu həmin məktəbdə də pedaqoji fəaliyyətə başlayıb. Ulu öndər Heydər Əliyevin tapşırığı ilə müxtəlif dövrlərdə rayonla bağlı bir çox taleyüklü məsələlərin həllində fəal iştirak edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 12 May 2025 22:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















