Icma.az
close
up
RU
Balakəndə Amerika ağ kəpənəyinə qarşı mübarizə tədbirləri gücləndirilib

Balakəndə Amerika ağ kəpənəyinə qarşı mübarizə tədbirləri gücləndirilib

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Balakən, 30 avqust, AZƏRTAC

Avqust ayından başlayaraq Balakən və Zaqatala rayonlarının meşəlik ərazilərində karantin zərərvericisi olan Amerika ağ kəpənəyinə təsadüf edilməyə başlanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tırtıllı qurdabənzər bu kəpənəklər təsərrüfatlara yaxınlıqdakı meşəliklərdən yayılıb və hər gün sayları artmaqdadır. Bu ağ kəpənəklər-qurdlar evlərə də hücum çəkir, qışlama üçün yer seçirlər. Əməkdaşımız məsələ ilə bağlı Balakənin bir sıra yaşayış məntəqələrində müşahidələr aparıb. Amerika ağ kəpənəyinə qarşı fitosanitar müşahidə və mübarizə tədbirləri ilə maraqlanıb.

Bu kəpənəklər hazırda fındıq, tut, gavalı, eləcə də meşəliklərdə bitən müxtəlif çoxillik ağacların yarpaqlarını yeyərək onu məhv edir.

Balakənin üç ən iri yaşayış məntəqələrini birləşdirən Kortala bələdiyyəsinin sədri Elşad Balayev görülən tədbirlərə, qabaqlayıcı dərmanlamaya baxmayaraq zərərvericinin sayının hər gün artdığını söyləyir: “Bizim bələdiyyə üç kəndi əhatə edir. Amerika kəpənəyi bağları, həyətyanı sahələri, hər bir yeri götürüb. Ağacların yarpaqlarını yeyib məhv edir. Sakinlərdən eşitdiyimə görə, bir il əvvəl bu ağaclarda görünüb, həmən ağaclarda bu il məhsuldarlıq aşağı düşüb və qurumağa doğru gedib. Əgər belə bir tendensiya ilə çoxalmağa gedərsə, yəqin ki, növbəti illərdə ağacların çoxu quruyub məhv olacaq”.

Aqrar Xidmətlər Agentliyinin Balakən Regional Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin rəisi Turac Səfərli bildirir ki, Balakən və Zaqatala rayonlarında meşə fondu ərazilərində Amerika ağ kəpənəyinə qarşı aparılan mübarizə tədbirlərinə dəstək göstərilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müraciəti əsasında Aqrar Xidmətlər Agentliyi tərəfindən müvafiq dərman preparatları ayrılıb, texniki vasitələr mübarizə tədbirlərinə cəlb olunub. Həmçinin monitorinqlərə və mübarizə tədbirlərinə Agentliyin yerli mütəxəssisləri cəlb edilib: “İki həftəyə yaxındır ki, rayonumuza Amerika ağ kəpənəyi karantin zərərvericisi haqqında məlumat gəlib. Bu məlumata əsasən mübarizə tədbirlərinə başlamışıq. Kəpənəyin yayılma arealı meşələrdə və meşələrə yaxın fındıq bağlarında müşahidə olunur. Hazırda 150 hektardan çox ərazidə kimyəvi mübarizə tədbirləri gedir. Kimyəvi mübarizə tədbirləri meşələrdə, meşələrə yaxın fındıq bağlarında tətbiq olunur”.

Zərərvericinin hər nəslinə qarşı insektisidlərə həssas kiçikyaşlı tırtılların kütləvi əmələ gəlməsi dövründə dərmanlama aparmaq daha səmərəlidir. Payızda gövdəətrafı və cərgə aralarında torpaq şumlanmalıdır. Onun yayılmasının qarşısını almaq üçün karantin, aqrotexniki, mexaniki, bioloji və kimyəvi mübarizə üsullarından sistemli şəkildə tətbiqi zəruridir.

Ümumilikdə isə bağlarda, parklarda, həyətyanı sahələrdə, meşə zolaqlarında, tingliklərdə və digər yerlərdə zərərverici aşkar edildiyi hallarda aidiyyəti yerli qurumlara məlumat verilməlidir. Yeni aşkar olunmuş mənbələrdə təcrid və ləğvedici tədbirlərin həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Avqust 2025 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri