Icma.az
close
up
RU
Balakəndə iki dildə təlim tərbiyə verən uşaq bağçasından reportaj

Balakəndə iki dildə təlim tərbiyə verən uşaq bağçasından reportaj

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Balakən, 10 sentyabr, AZƏRTAC

Azərbaycan multikultural dəyərləri, tolerantlığı ilə dünyada nümunə göstərilir. Balakən, Zaqatala və Qax rayonları çoxmillətli xalqların birlik və bərabərlik şəraitində yaşadığı bölgələrimizdəndir. Bu rayonlarda yaşayan xalqların folkloru və etnoqrafiyası ilə yanaşı, dillərini də inkişaf etdirmək üçün kifayət qədər imkan və şərait yaradılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, elə şimal-qərb qapımız Balakənin timsalında da bunu görmək olar. Əməkdaşımız rayonda ingiloyların sıx məskunlaşdığı İtitala kəndində iki dildə təlim-tərbiyə verən uşaq bağçasında olub.

İtitala kəndində yerləşən şəhid Manaf Umuxanov adına körpələr evi-uşaq bağçasında iki dildə təlim-tərbiyə verilir. Burada yay təlim məşğələlərinə səhər tezdən başlanılır. Kəndin bir özəlliyi də ondan ibarətdir ki, böyüklər kimi, balacalar da velospeddən istifadəyə üstünlük verirlər. Bu isə onların ilkin yaş dövründən sağlam böyüməsinə şərait yaradır.

Uşaq bağçalarında yay məşğələləri hər zamankı kimi maraqlı keçir. Çünki uşaqlar həyətdə tək stol arxasında oturmur, həm də müxtəlif oyunlara cəlb edilirlər.

Balacaların müxtəlif bilik və intellektual oyunlara cəlb edilməsi, mahnı və rəqslər ifa etməsi daha çox zəhmət və əziyyət tələb edir. Bu işdə qrupun tərbiyyəçi müəlliminin üzərinə daha çox yük düşür.

Tərbiyəçi-müəllim Albina Mustafayeva yay planına uyğun olaraq uşaqlar üçün hər gün əyləncəli məşğələlər təşkil edildiyini, onların intellektinin daha yaxşı inkişaf etməsinə çalışdıqlarını bildirir. “Bağçamız bu yaxınlarda təmir edilib, bizim üçün daha əlverişli imkanlar yaradılıb, gözəl avadanlıqlarla təmin olunmuşuq”, - deyən tərbiyəçi-müəllim daha sonra qrupundakı uşaqlarla birlikdə növbəti intellektual oyuna başlayır.

Müəssisə fəaliyyətə başlayan gündən burada iki dildə təlim-tərbiyə verilir - Azərbaycan və gürcü dillərində. Qruplarda uşaqlar çoxdur, onların təlim-tərbiyəsi ilə məşğul olanlar isə təcrübəli mütəxəssislərdir.

Əsaslı təmir olunaraq fidanların istifadəsinə verilən uşaq bağçasının divarlarındakı rəsmlər diqqətimizi çəkir. Bağçanın müdiri Səlimət İsayeva deyir ki, bu rəsmləri tərbiyəçi-müəllimlər və texniki heyət öz əlləri ilə çəkiblərb. Səlimət müəllimə sözlərinə onu da əlavə edir ki, kollektiv yeni təlim ili başlayana kimi divarlarda daha bir neçə iri dekorasiya və nağıllara aid illustrasiya çəkməyi planlayır.

“Bağçamız 1988-ci ildən fəaliyyət göstərir. Yaxın zamanlarda əsaslı təmir olunub. Bu müəssisə 55 yerlikdir və üç qrupumuz var – bir körpələr və iki böyüklər qrupu. Böyüklər qrupundan biri də gürcü dilindədir”, - deyə o əlavə edir.

Azsaylı xalqların dilinin, dinin, təhsil və mədəniyyətinin inkişafına hər zaman dəstək olan dövlətimiz ucqar İtitala kəndində sakinlər üçün lazımi infrasturuktur da yaradıb. Burada insanların sosial qayğıları diqqətdə saxlanılır. Kənddə müasir məktəb, mədəniyyət evi fəaliyyət göstərir, eləcə də digər infrasturuktur yenidən qurulub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Sentyabr 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see241

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see219

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see191

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see174

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see156

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see155

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see155

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see153

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri