Icma.az
close
up
RU
Balakəndə maarifləndirici görüş

Balakəndə maarifləndirici görüş

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Balakən şəhəri Nizami Gəncəvi adına 1 saylı tam orta məktəbdə ötən gün mühüm maarifləndirici görüş keçirilib. Görüşün təşəbbüskarı Balakən Polis Şöbəsi olmaqla, məclisdə rayon prokurorluğu, təhsil sektoru rəhbərliyi və məktəb kollektivi də iştirak edib. Tədbirdə “Narkomaniya ümumi bəladır”, “Sosial şəbəkələrin zərərli təsirləri”, “Yetkinlik yaşına çatmayanların məişət zorakılığına məruz qalmaları” və “Polis uşaqların gözü ilə” mövzuları geniş müzakirə olundu. 

Məktəbin direktoru Şəfiqə Tütünçüyeva tədbiri açaraq qonaqları salamlayıb və görüşün məqsədi barədə məlumat verib. Daha sonra Balakən Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Çingiz Aslanov, rayon prokuroru, Baş Ədliyyə müşaviri Camal Bağırov və Balakən Təhsil Sektorunun müdiri Mehparə Mirzəyeva çıxış edərək mövzular üzrə həm hüquqi, həm psixoloji, həm də sosial aspektləri şagirdlərin diqqətinə çatdırıblar, onların suallarını cavablandırıblar. 

Tədbir səmimi mühitdə, canlı dialoqlarla davam edib. Şagirdlərin suallarının çoxluğu mövzuların aktuallığını göstərib; səsləndirilməyən, lakin gündəmi əhatə edən əlavə suallar isə gələcək görüşlərə marağı daha da artırıb. Xüsusilə narkomaniya ilə bağlı məlumatlar və faktlar şagirdlərin diqqətində xüsusi yer tutub, çünki mütəxəssislər qeyd ediblər ki, narkotik vasitələrin istifadəsi təkcə şəxsi problem deyil, ailəni, məktəbi, bütövlükdə cəmiyyətin sosial təhlükəsizliyini təhdid edən ümumi bəladır. 

Məruzəçilər narkomaniyaya aparan səbəblər haqqında ətraflı danışıblar. Qeyd olunub ki, narkotik maddələrin ilk dəfə “cəhd etmək”, “dostların təkidi” və ya “zərərsiz olduğunu düşünmək” kimi səbəblərlə qəbul edilməsi gələcəkdə ağır psixoloji və fiziki asılılığa, təhsildən uzaqlaşmaya, aqressiv davranışlara və cinayət məsuliyyəti ilə nəticələnən addımlara gətirib çıxarır. 

Sonda tədbir iştirakçıları bir daha vurğulayıblar ki, narkomaniya ilə mübarizə yalnız qadağalardan ibarət deyil, maarifləndirmə, düzgün informasiya, açıq dialoq və şagirdlərlə davamlı ünsiyyət bu sahədə ən təsirli vasitələrdir. Balakəndə keçirilən bu görüş həm məktəb ictimaiyyətinə, həm də gənclərə mühüm mesajlar verərək onlarda məsuliyyət hissini və təhlükələrə qarşı ayıqlığı artırmaq baxımından böyük əhəmiyyət daşıyıb. 

İlqar HƏSƏNOV, 

XQ-nin bölgə müxbiri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Noyabr 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see328

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see311

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see302

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see297

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see270

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see191

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see190

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri