Icma.az
close
up
RU
Balakəndə Xurma festivalı

Balakəndə Xurma festivalı

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Balakənin ənənəvi meyvə istehsalı olan xurmaçılığın inkişafını təşviq etmək, bu məhsulun və ondan hazırlanan nemətlərin geniş tanıdılması məqsədilə rayonda 5-ci dəfə Xurma festivalı keçirilib.

Balakənlilər tarixən məhsul yığımını, məhsul bolluğunu böyük sevinc hissi ilə, şənliklər keçirərək qeyd ediblər. 2017-ci ildə rayonda ilk dəfə Xurma festivalı keçirilməklə gözəl ənənənin təməli qoyulub.

Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Kənd Təsərrüfatı və Mədəniyyət nazirliklərinin, Aqrar İnnovasiya Mərkəzinin, “Balxurma” MMC-nin dəstəyi ilə gerçəkləşən festival ümumrayon şənliyinə çevrilib. Heydər Əliyev adına mədəniyyət və istirahət parkında keçirilən festivalın iştirakçıları şərbət, çörək və meyvələrdən hazırlanmış milli xonça ilə qarşılanıblar. Sonra təntənədən yadigar olaraq parkın ərazisində xurma ağacları əkilib.

Sonra iştirakçılar bayramsayağı bəzədilmiş parkda xurmadan hazırlanmış kulinariya məhsullarına və kompozisiyalara, kənd təsərrüfatı məhsullarının sərgilərinə baxıblar. Xurma, alma, armud, qoz, fındıq və digər meyvələr, “Azəryem Sənaye” MMC-nin, konserv zavodunun istehsal etdiyi müxtəlif çeşiddə məhsullar, kənd təsərrüfatı məhsullarının satış yarmarkası rayonun bar-bərəkət mənzərəsini əks etdirib. Qonaqlar Balakən mətbəxinin nümunələrindən dadıblar. Folklor kollektivlərinin çıxışları festivala yüksək təntənə gətirib, adamlarda xoş əhval yaradıb.

Festivalın açılışında Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev bağbanları məhsul bayramı münasibətilə təbrik edərək bildirib ki, xurma festivalının keçirilməsi önəmli ictimai-mədəni layihədir. Belə təntənələr kənd təsərrüfatının, o cümlədən meyvəçiliyin inkişafını stimullaşdırır. Festival yerli məhsulların xarici bazarlarda satışının təşviqi, milli adət-ənənələrin, qonaqpərvərliyin, yerli turizm imkanlarının tanıdılması baxımından da böyük əhəmiyyət daşıyır.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov və Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyası İdarə Heyətinin sədri Qadir Yusifov bu gün ölkəmizdə qeyri-neft məhsulları üzrə ixrac imkanlarının artırılmasında meyvəçiliyin mühüm rol oynadığını, Azərbaycandan xarici bazarlara çıxarılan məhsullar sırasında xurmanın xüsusi yer tutduğunu bildiriblər.

Festivalı respublikanın və yerli incəsənət ustalarının konsert proqramı ilə başa çatıb.

İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Oktyabr 2025 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see549

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see506

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see377

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see286

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see281

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see280

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see274

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see270

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see266

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see245

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see244

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see243

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see239

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see227

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see219

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see213

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see210

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see192

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see185

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri