Balakəndəki qəzada ölənlərin FOTOSU
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xəbər verdiyimiz kimi, ötən gün Balakəndə ağır yol-nəqliyyat hadisəsi baş verib. "Toyota" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində "Toyota"nın sürücüsü Rəşad Mütəllibov, onun anası 52 yaşlı Pərvanə Məmmədova və "Hyundai"ın sürücüsü Məryəm Hoorsova hadisə yerində dünyasını dəyişiblər.
Qəza zamanı ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilən 1975-ci il təvəllüdlü Yaşar Mahamarəsul oğlu Mütəllibov isə həkimlərin səyinə baxmayaraq orada vəfat edib. Bununla da qəzada ölənlərin sayı 4-ə çatıb. Hadisə nəticəsində xəsarət alan digər şəxsin — 61 yaşlı Şərif Soltanovun müalicəsi davam etdirilir.
Qeyd edək ki, "Toyota" markalı avtomobildə olan şəxslərin hamısı bir ailənin üzvləridir.
Bakıvaxtı.az "Unikal"a istinadla qəzada həyatını itirənlərin fotolarını təqdim edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 11 Avqust 2026 12:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















