Balayında fəlakət: 26 yaşlı yeni gəlin küçədə ölü tapıldı
Sonxeber.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
26 yaşlı Aleksandra Leçika toyundan cəmi 23 gün sonra bal ayı üçün getdiyi Mayamidə dünyasını dəyişib.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, Polşanın Siedlce şəhərindən olan cütlük Mayami küçələrində huşsuz vəziyyətdə tapılıb. Əri David Leczycki sağ qalıb.
Daha sonra onların üzərindəki pul və zinət əşyalarının itdiyi müəyyən edilib.
Polis əvvəlcə cütlüyün qarət edildiyini düşünsə də, araşdırmalar nəticəsində fərqli həqiqət üzə çıxıb.
Polşadakı müstəntiqlər müəyyən ediblər ki, Aleksandranın ölümünə könüllü qəbul edilmiş psixoaktiv maddələr səbəb olub və o, ya şiddətli allergik reaksiya, ya da həddindən artıq dozadan istifadə nəticəsində dünyasını dəyişib.
Gənc gəlin ölümündən bir neçə saat əvvəl xəyal etdiyi tətildən fotolar paylaşıb. O, çimərlikdə gəzərkən və kokteyl içərkən çəkilmiş fotolarından əlavə, həyat yoldaşı ilə də selfilərini paylaşıb. 6 avqust 2022-ci ildə ailə quran cütlüyün xoşbəxtliyi qısa sürdü.
Aleksandranın ölüm səbəbi iki illik araşdırmadan sonra 23 oktyabr 2024-cü ildə açıqlandı.
Onun həyat yoldaşı hələ də hadisə ilə bağlı ictimaiyyətə açıqlama verməyib.
Vüsalə İbrahimli
Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 29 Noyabr 2024 17:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















