Balın faydası düzgün istifadə və saxlamadan asılıdır Mütəxəssis
Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bioloji aktivliyi, antibakterial xüsusiyyətləri və zəngin tərkibi balı müxtəlif mikroelementlərin qiymətli mənbəyinə çevirir. Lakin yanlış saxlama və istifadə üsulu məhsulun faydasını azalda bilər.
Redaktor.az xəbər verir ki, bu haqda kimya elmləri namizədi Aleksey Panov lenta.ru-ya müsahibəsində xəbərdarlıq edib.
Ekspertin sözlərinə görə, bal B qrupu vitaminləri, üzvi turşular, kalium, maqnezium, dəmir və digər mikroelementlərlə yanaşı, təbii antioksidantlar da ehtiva edir.
Panov bildirib ki, balın maksimum faydası yalnız düzgün miqdarda qəbul edildikdə ortaya çıxır böyüklər üçün gündə 1-2 çay qaşığından artıq olmamalıdır. Bal ən yaxşı təsiri acqarına, ilıq suda həll edilərək qəbul olunduqda göstərir. Bununla yanaşı, fərdi xüsusiyyətləri nəzərə almaq vacibdir: arı məhsullarına allergiyası olan şəxslərə bal qadağandır, şəkərli diabetdə isə ehtiyatla istifadə olunmalıdır.
Aytəkin TOFİQQIZI


