Icma.az
close
up
RU
Menu

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

Azərbaycan futbolunun əfsanəsi

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

Təzə, yoxsa qurudulmuş? Əncirin sağlamlığa faydaları nələrdir?

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

Ballıca didərgin övladlarına qucaq açır

Ballıca didərgin övladlarına qucaq açır

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xocalının daha bir kəndi sürətlə dirçəldilir

Yolumuz yenidən azadlığına qovuşmuş, dirçəldilən Xocalıyadır. 31 il Xocalı deyəndə gözlərimiz önündə erməni vandallarının törətdiyi əsrin soyqırımı, yer üzündən silinmiş şəhər, dinc insanların kütləvi qətliamı, yeri-göyü inlədən faciələri canlanırdı...

Bütün bunlara onunla son qoyuldu ki, qisas qiyamətə qalmadı. Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi ilə döyüş meydanlarında qəddar düşməndən yaralı ürəklərin intiqamını aldılar, 30 il yağı tapdağında qalmış torpaqlarımız xilas edildi. Qanlı savaşla alnımızın qara ləkəsi təmizləndi, qəddimiz dikəldi, başımız ucaldı.

Artıq bir ildən artıqdır ki, Xocalının o ağrılı, dərdli günləri geridə qalıb. İndi yeni doğulmuş körpəyə bənzəyən bu qədim türk yurdunda azad, qayğısız və xoşbəxt gələcəyin möhkəm təməlləri atılır...

Ağdam Xocalıya geniş qapı açır

Əgər yolunuz son vaxtlar Ağdama düşməyibsə, o zaman burada indi görəcəklərinizdən heyrətlənməyə bilməyəcəksiniz. Həyata keçirilən bərpa-quruculuq işlərinin sürəti, həqiqətən, zamanı qabaqlayır. Sonuncu dəfə 1 ay əvvəl olduğum xarabalığı, könül bulandıran şəhərdəki yeni mənzərə sevinc qarışıq bir təəccüb doğurur. İndi başdan-başa yenidən qurulan Ağdamı tanımadıq. Qısamüddətdə nə qədər yeniliklər baş verib. Hər tərəfdən “boylanan” kranları, tikililəri, yollardakı yük maşınlarının, müxtəlif texnikaların “tıxacını” həyəcanlanmadan, qürurlanmadan izləmək mümkün deyil.

Yollardan söz düşmüşkən, Ağdam–Əsgəran–Xocalı–Xankəndi avtomobil yolunun tikintisi də ağlasığmaz sürətlə aparılır. Qeyd edək ki, başlanğıcını Bərdə–Ağdam avtomobil yolundan götürən 33,6 kilometrlik bu yolu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi çəkir.

Qurumdan verilən məlumata görə, yolun ilk 11,7 kilometrlik hissəsi layihə üzrə II, qalan 21,9 kilometrlik hissəsi isə I texniki dərəcəyə uyğun yenidən qurulur. Torpaq yatağının eni müvafiq olaraq 15 və 26,5 metrdir. Yeni yolun hərəkət hissəsi 2 və 4 zolaqdır. Hazırda torpaq və asfaltlama işləri görülür. Yol boyu müxtəlif diametrli suötürücü boruların yerləşdirilməsi, keçidlərin və 5 körpünün inşası sürətlə davam etdirilir.

İstifadəyə verildikdən sonra Bərdə istiqamətindən Xankəndi, Şuşa və Laçına gedənlər Ağdamın mərkəzinə daxil olmadan bu yolla maneəsiz ötüb keçəcəklər. Rahat, müasir, təhlükəsiz yolun çəkilişi fasiləsiz davam etdirilir. Xocalıya doğru irəlilədikcə, yol tikintisində çalışan insanların necə həvəslə işlədiklərinin şahidi olursan.

Ballıca – ballı məkan

Qarabağa budəfəki səfərimizin məqsədi Xocalı rayonunun 32 ildir ki, ev-eşiyindən perik düşmüş sakinlərini həsrətlə gözləyən daha bir məntəqəsində – Ballıca kəndində görülən işlərlə tanış olmaq idi. Məlumat üçün bildirək ki, Ballıca kəndi Xocalı və Xankəndi şəhərlərinin arasında, Ballıca çayının sol sahilində yerləşir, “kürəyini” isə dağlara söykəyib.

Kənd adını yanından axan çaydan, çay isə ballıca, yaxud öfkəotu bitkisindən alıb. Ballıca vaxtilə adla deyilən balı ilə də tanınıb. Ola bilsin ki, bu arının ballıca bitkisindən çəkdiyi xüsusi şirə ilə bağlı olub. Bu anlamda Balıca adını ballı məkan kimi də qəbul etmək olar.

Vaxtilə erməni separatçılarının “Ayqestan” adlandırdıqları Ballıca ordumuzun 2023-cü il sentyabrın 19–20-də Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirlərindən sonra düşmən işğalından azad edilib.

Hazırda Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarətmə Xidməti kənddə bərpa işləri aparır, evlər təmir edilərək sakinlərin qayıdışına hazırlanır.

Hər yerdə sürətli abadlaşdırma işləri gedir. Kəndin girişindəki dairə və ətraf yaşıllaşdırılıb, yolların kənarlarında ağaclar əkilib. Dairənin ortasında quraşdırılmış “arı şanı” da kəndin ballı məkan olmasına işarədir. Bu həm də tezliklə kənddə məskunlaşacaq sakinlərin ballıcada balçılığı inkişaf etdirməsinə çağırış kimi səslənir. Doğrudan da, “Ballıca balı”nı brendə çevirmək pis olmaz. Çünki kəndin coğrafi mövqeyi və iqlimi arı saxlamaq üçün çox əlverişlidir.

İstəklərin qovuşduğu yer

Ballıcanın illərdir ki, baxımsız qalmış, kol-kos basmış yolları da təmizlənir, bərpa edilir, küçələrin asfaltlanması həyata keçirilir. Burada sakinlərin rahat yaşamaları üçün lazımi infrastruktur formalışdırılır. Evlərin təmiri ilə məşğul olan ustalarla söhbət zamanı öyrəndik ki, onlar Xocalıya işləməyə respublikamızın müxtəlif bölgələrindən gəlsələr də hamısını birləşdirən bir istək var – Qarabağımızı yenidən cənnətə çevirmək üçün həyata keçirilən genişmiqyaslı işlərin fəal iştirakçısı olmaq.

Həmsöhbətlərimiz – Ağdam rayonunun Çəmənli kənd sakinləri İlham Həsənov və Qulu Quliyev dedilər ki, azad Xocalıda ustalıq etmək, ev təmiri ilə məşğul olmaq şərəfli, gərəkli olduğu qədər də məsuliyyətlidir. Ölkə Prezidentinin rəhbərliyi ilə aparılan bu proses ən yüksək səviyyədə həyata keçirilir. İlham əlavə etdi ki, gördükləri işin nə qədər əhəmiyyətli olduğunu dərindən başa düşürlər:

– Tezliklə bu kəndə yenidən həyat qayıdacaq. Özü də bura daimi yaşamaq üçün gələnlər erməni vəhşiliyinin əziyyətlərini görmüş, 32 il öz doğma ev-eşiklərindən didərgin düşüb məcburi köçkün həyatı yaşamış insanlardır. Xocalı ilə od-ocaq qonşusu olmuş Ağdam sakinləri kimi onları yaxşı başa düşürük. Odur ki, işimizi keyfiyyətlə görməyi, o insanlara yaxşı şərait yaratmağı özümüzə mənəvi borc bilirik. Hər birimiz burada işləməkdən qurur duyuruq.

Qarabağda görülən işlərin miqyasına baxdıqca xalqımız qürur duyur, bu möhtəşəm işlərin banisi, memarı Prezident İlham Əliyevə minnətdarlığını ifadə edir. Balıcalılar da yurdlarına dönüb əbədi xoşbəxtliklərinə qovuşdular. Xalqımızın bir nisgili və ağrı ünvanı da tarixdə qaldı.

Köhnə yurdun yeni sakinləri

Dünən növbəti köç karvanı ilə Xocalı rayonunun Ballıca kəndinə çatan ailələrə yeni mənzillərinin açarları təqdim olundu. 27 ailə olmaqla, 152 nəfər keçmiş məcburi köçkün doğma yurduna qovuşdu.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov mənzillərin açarlarını ailələrə təqdim edərək, onlara doğma yurdlarında xoşbəxt və firavan həyat arzuladı. Xocalı sakinləri, keçmiş məcburi köçkünlər 32 ildən sonra öz vətənlərinə qayıtmalarının sevincini yaşadılar, evlərində məskunlaşdılar.

İşğaldan azad olunmuş digər ərazilərdə olduğu kimi, Ballıca kəndində də həyat yenidən canlandı. Bərpa edilən kənd su, qaz, elektrik enerjisi ilə təchiz olunub, internet xətti çəkilib. Tibb və polis məntəqələri üçün binalar, 200 şagird yerlik tam orta məktəb və 35 çarpayılıq uşaq bağçası da sakinlərin ixtiyarına verilib.

Keçmiş məcburi köçkünlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya
təşəkkür etdilər. Onlar torpaqlarımızı işğaldan azad edən Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirdilər, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət dilədilər.

Xatırladaq ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda doğma yurda qayıtmış keçmiş məcburi köçkünlərlə yanaşı, bölgədə aparılan layihələri gerçəkləşdirən, xidməti vəzifələrini yerinə yetirən 30 minə yaxın insan yaşayır.

Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri
Xocalı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:186
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Dekabr 2024 09:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see375

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see292

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see284

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see270

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see245

Təzə, yoxsa qurudulmuş? Əncirin sağlamlığa faydaları nələrdir?

02 Sentyabr 2026 21:07see234

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

02 Sentyabr 2026 21:50see233

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

03 Sentyabr 2026 00:41see223

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

03 Sentyabr 2026 03:24see222

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

03 Sentyabr 2026 11:11see216

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see216

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

02 Sentyabr 2026 23:01see211

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

03 Sentyabr 2026 02:12see211

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

03 Sentyabr 2026 14:03see210

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

03 Sentyabr 2026 16:13see204

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

03 Sentyabr 2026 15:18see202

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

03 Sentyabr 2026 12:32see202

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see182

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

03 Sentyabr 2026 18:50see178

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri