Icma.az
close
up
RU
Ballıcaya 5 ci köç!

Ballıcaya 5 ci köç!

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Sakinlərin sayı 595 oldu...

Azad edilmiş torpaqlarımıza qayıdış Azərbaycan Ordusunun möhtəşəm qələbəsi və dövlətimizin yürütdüyü məqsədyönlü siyasət ilə reallaşır. Keçmiş məcburi köçkünlər doğma torpaqlarında bu qələbəni qürur hissi ilə qeyd edirlər. “Böyük Qayıdış” xalqın öz doğma torpaqlarında əmin-amanlıq və rifah içində yaşaması üçün mühüm bir addım, həm də Azərbaycanın tarixi qələbəsinin, ərazi bütövlüyünün bir daha təsdiqidir.

Milli kimliyimizin parçası...

Bu gün Qarabağın azad olunması ilə Ballıca kəndinə də yeni həyat gəlib. Burada artıq keçmişin izlərini bərpa etmək, təbiətin və mədəniyyətin harmoniyasını yenidən qurmaq mümkündür. Ballıca həm də tariximizin, milli kimliyimizin bir parçasıdır.

Ballıca kəndinin yerləşdiyi ərazi Qarabağ silsiləsinin təbii mənzərələri ilə əhatə olunub. Ballıca çayının kənarı yaz fəslində çiçəklənən dağ bitkiləri ilə bəzənir, ətrafa xoş təravət yayılır. Kənd strateji baxımdan əhəmiyyətli mövqedə yerləşir. Dağlıq ərazi müdafiə baxımından əlverişli olduğundan Ballıca keçmişdə bölgənin mühüm nöqtələrindən biri idi.

19-cu əsrin əvvəllərinə qədər Ballıca Gəncə qəzasının Əhmədbəyli kəndinin əhalisi üçün yaylaq yeri olub. Əsrlər boyu burada azərbaycanlı əhali öz ənənəvi yaylaq həyatını qurub, ərazinin havasından, bərəkətli torpaqlarından faydalanıb. Qarabağın digər bölgələri kimi, Ballıca da zəngin təbiəti ilə insanları özünə cəlb etmişdi.

Ballıca kəndi 1992-ci ildən 2020-ci ilə qədər Ermənistan silahlı qüvvələrinin nəzarəti altında olub. İkinci Qarabağ müharibəsindən sonra imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən kənd Rusiya sülhməramlılarının nəzarətinə keçib. Lakin 2023-cü il 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində tamamilə azad edilib.

Yaddaşlarda dərin izlər buraxan görüş...

Bir neçə gün öncə Xocalı rayonunun Ballıca kəndində bayram əhval-ruhiyyəsi hökm sürürdü. Vətən həsrəti ilə keçən 33 ildən sonra məcburi köçkün həyatları ilə vidalaşıb yenidən doğma yurdlarına qovuşmuş sakinlər sevinc və həyəcan içində onlara bu xoşbəxt günləri yaşadan Prezident İlham Əliyevin gəlişinə hazırlaşırdılar. Hamı intizarla dövlət başçısını gözləyir və əmin idi ki, hər bir azərbaycanlının Prezidenti xocalılıları yeni evlərində daimi məskunlaşmaları münasibətilə təbrik etmək, bu xoş günlərdə hər zamankı kimi onların yanında olacaq və kəndin ən əziz qonağı olacaq. Uşaqdan böyüyə bütün kənd sakinlərinin yaddaşında əbədi iz buraxacaq, unudulmaz tarixə çevriləcək görüş fevralın 19-da baş tutdu.

Ballıcaya köç tarixləri

İllərlə doğma yurd həsrəti çəkən Xocalı sakinləri bu gün qürurla yaşayırlar. Belə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində keçmiş məcburi köçkünlər yurdlarına geri dönürlər. Ballıcaya ilk köç ötən il dekabrın 13-də baş tutub. Bu mərhələdə 27 ailə (152 nəfər) köçürülüb. 2-ci köç 27 dekabr 2024-cü il (21 ailə, 119 nəfər), 3-cü köç 15 yanvar 2025-ci il (28 ailə, 135 nəfər), 4-cü köç 31 yanvar  2025-ci il (22 ailə, 94 nəfər), 5-ci köç 24 fevral 2025-ci il (22 ailə, 95 nəfər) tarixlərində baş tutub. Beləliklə, ümumilikdə Ballıcaya köçən sakinlərin sayı 595 nəfərdir (120 ailə).

Kənd su, qaz, elektrik enerjisi ilə təchiz olunub, internet xətti çəkilib. Tibb və polis məntəqələri binaları, tam orta məktəb və uşaq bağçası sakinlərin ixtiyarına verilib. Bu, Azərbaycan hökumətinin vətəndaşlarına göstərdiyi qayğının və layihəyə ciddi dövlət dəstəyinin bariz nümunəsidir.

Səlim

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış”” istiqaməti üzrə hazırlanmışdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 27 Fevral 2025 09:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see325

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see316

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see299

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see284

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see238

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see233

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see229

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see225

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see215

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see214

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see207

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see206

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see201

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see199

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see198

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see189

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see172

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see171

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see168

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri