Ballistik raketlər işə düşdü: Tehran əməliyyatın yeni mərhələsini elan etdi
Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
İran ABŞ və İsrail obyektlərinə qarşı "Həqiqi vəd - 4" əməliyyatının 12-ci mərhələsinə başladığını açıqlayıb.
Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yaydığı bəyanatda bildirilib.
Bundan əvvəl "NourNews" agentliyi İranın regiondakı Amerika bazalarına zərbələr zamanı ən yeni ağır raketdən istifadə etdiyini iddia etmişdi.
Fevralın 28-də İsrail Müdafiə Qüvvələri İran ərazisinə "Şir nəriltisi" adlı əməliyyat çərçivəsində zərbələr endirib. Hər iki ölkə hava məkanını bağlayıb.
Daha sonra ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun da İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bəyan edib. Pentaqon ABŞ əməliyyatının "Epik qəzəb" adlandırıldığını açıqlayıb.
İran isə cavab olaraq İsrail istiqamətinə onlarla ballistik raket buraxıb. Bundan başqa, Qətər, BƏƏ, Bəhreyn, İraq, Səudiyyə Ərəbistanı və İordaniyada yerləşən Amerika hərbi bazalarına da zərbələr endirilib. Tehran öz əməliyyatını "Həqiqi vəd - 4" adlandırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 02 Mart 2026 21:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















