Icma.az
close
up
RU
Balta ilə sakinləri qorxudan şəxslə bağlı Rəsmi açıqlama

Balta ilə sakinləri qorxudan şəxslə bağlı Rəsmi açıqlama

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Bir həftədən çoxdur ki, qorxu içindəyik. Aramızdan bəziləri məcbur evlərində qalıb, digərləri isə başqa qohumların evinə gedib. Hər an birimiz cinayətin qurbanı ola bilərik”. 

Bu iddia ilə “Qafqazinfo”ya Oğuz rayonunun Padar kəndinin bir qrup sakini müraciət edib. Kənd sakinləri narahatlığa səbəb kimi elə Padarda yaşayan, ruhi-əsəb xəstəliyindən əziyyət çəkən Səmədov Ruslan Elbahat oğlunu göstərirlər.  

Vətəndaşların sözlərinə görə, bu şəxs dəfələrlə həbs edilib, Maştağa Psixiatriya Xəstəxanasında müalicə alıb. Sonra yenidən bu kəndə, evinə qayıdıb. Lakin əməllərində dəyişən heç nə olmayıb: “Yenidən başqalarına hücum edib. Qorxumuzdan çölə çıxa bilmirik. Bu şəxs 2010-cu ildə 74-75 yaşlı Münəvvər Zakirovanın evini dağıdıb, sonra isə balta ilə qəddarlıqla öldürüb. Qətldən əvvəl onun evinə girib, neçə dəfə qapı-pəncərəsini sındırıb. Qadın ölümündən əvvəl Ruslan Səmədovun evinə də gedərək anası Sevincə, atası Elbahata şikayətini deyib. Ruslan isə şikayətlərinə görə qadını öldürəcəyi ilə hədələyib və qısa müddət sonra dediyini edib”. 

Kənd sakinləri deyir ki, Ruslan Səmədova 14 il həbs cəzası verilsə də, bunun sadəcə 8 ilini həbsdə keçirib: “Həbsdən sonra ailəsi nə edibsə, o, Maştağa Psixiatriya Xəstəxanasına göndərilib və evinə qayıdıb. Hətta öz ana və atasına da bir neçə dəfə xəsarət yetirib və ailə üzvləri  ondan şikayətçi olublar. Sonra yenə müalicəyə gedib və evinə qayıdıb. Doğma bibisi oğlu ilə dalaşıb, anasına deyib ki, onu öldürəcək. Anası zəng edərək oğlanı xəbərdar edib, o iş yerindən qaçıb. Amma oğlanı tapıb və onu bıçaqlayıb, lakin xəsarət yetirdiyi adam ölməyib. Yenə həbs olunub. Amma əvvəlki qaydada xəstəxanaya göndərilib və evinə qayıdıb. 

İyul ayında isə yenidən eşitdik ki, həmin şəxs evindədir. Ailəsi bundan əvvəl də dəfələrlə onu evində gizlədib. Sonuncu dəfə evindən balta ilə çıxıb, sonradan bir kənddən tapılıb. Axırıncı dəfə isə Rövşən adlı şəxsin həyətinə gedib, həyətdəki iti öldürüb, sonra isə tövləni yandırıb. Buna səbəb isə həmin şəxsin Ruslanı şikayət edəcəyini deməsi olub. Qonşuların polisə müraciəti ilə o tutulub.

Biz qorxuruq ki, yenə eyni şeylər olsun. Əlində balta ilə küçələrdə gəzir, biri gözünə xoş görünmürsə, hansısa sözü ağlına qoyursa, onunla düşmən olur. Həmin şəxs hamımız üçün təhlükədir. Bir gün bizi də öldürə bilər...”

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, iyulun 30-da Oğuz rayonunun Padar kəndində tövlənin qəsdən yandırılması ilə bağlı daxil olmuş məlumat əsasında ərazi üzrə polis orqanında araşdırmalara başlanılıb və müvafiq ekspertizalar təyin edilib. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Ruslan Səmədovun yeri müəyyən olunaraq saxlanılıb. Hazırda fakta görə araşdırmalar davam etdirilir.

Şikayətlə bağlı Səhiyyə Nazirliyinə də sorğu ünvanladıq. Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasından verilən məlumata görə, Səmədov Ruslan Əlibala oğlu 7 dəfə xəstəxanada stasionar müalicədə olub: “Sonuncu dəfə 30.01.2025-ci ildə qənaətbəxş vəziyyətdə evə yazılıb. Xəstənin psixi vəziyyətində yenidən pisləşmə müşahidə olunarsa, özünün və yaxınlarının müraciəti ilə Mərkəzi Rayon Xəstəxanasından göndəriş əldə edərək ərazi polisinin köməkliyi ilə Respublika Psixiatriya Xəstəxanasına müraciət edib lazımi müalicələrlə təmin oluna bilər”.

Lamiyə Məmmədova 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 05 Avqust 2025 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“2020 ci ildə başladığımız Vətən müharibəsi tarixi zərurət idi”

27 Sentyabr 2025 10:27see173

İlham Əliyevin BMT dəki tarixi çıxışı və Azərbaycanın qlobal diplomatiyadakı rolu

27 Sentyabr 2025 14:12see154

Azərbaycan dünyanın logistik xəritəsini yenidən çəkir

27 Sentyabr 2025 10:28see152

“Şamaxı” “Araz Naxçıvan”a, “Neftçi” “Karvan Yevlax”a qarşı YENİLƏNİR

27 Sentyabr 2025 09:17see151

FİFA 7 oyunçunu futboldan kənarlaşdırdı

27 Sentyabr 2025 10:27see147

Londonda qeyri qanuni mühacirlərin məskunlaşdığı otel yandırıldı

27 Sentyabr 2025 03:35see147

İnstaqramı döndəriblər ginekoloji stola

27 Sentyabr 2025 21:43see141

28 sentyabr bu BÜRCLƏR DİQQƏTLİ olsun KONKRET

27 Sentyabr 2025 00:57see140

12 ölkə Fələstinə maliyyə dəstəyi üçün koalisiya yaratdı

27 Sentyabr 2025 01:48see138

Bir damla qan, min ümidə can devizi ilə qanvermə aksiyası təşkil olunub

27 Sentyabr 2025 13:24see137

DSX Komandanı II Fəxri xiyabanda

27 Sentyabr 2025 09:26see135

Onkoloji xəstəlikdən əziyyət çəkənlər günlərdir dərman ala bilmirlər

28 Sentyabr 2025 00:25see127

Dini konfessiyaların rəhbərləri Zəfər parkını ziyarət ediblər

27 Sentyabr 2025 10:28see126

AFB Bank bayrağımızı təhrif edib FOTO

27 Sentyabr 2025 22:49see126

Qubada ağır qəza: sürücü öldü, sərnişin xəsarət aldı

27 Sentyabr 2025 01:21see123

İspaniya La Liqası: Madrid derbisində darmadağın

28 Sentyabr 2025 01:41see121

Trampın Qəzza planı: İsrailə bunu etməyə imkan verilməyəcək!

27 Sentyabr 2025 07:01see121

III MDB Oyunlarında üzgüçülük yarışının medalçılar bəlli olub

28 Sentyabr 2025 10:50see120

Məşhur atlet boksçudan ayrıldı

28 Sentyabr 2025 07:12see119

Xaçmaz Bakı marşrut avtobusunda həyacanlı ANLAR Sərnişinin ürəyi... FOTO

28 Sentyabr 2025 16:39see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri