Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Bəzi rayonlarda işıq olmayacaq

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

“Bandotdel”dən çıxan kimi Mir Cəlal Kazımiyə zəng edibmiş...

“Bandotdel”dən çıxan kimi Mir Cəlal Kazımiyə zəng edibmiş...

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, talassemiyalı uşaqların müalicəsi üçün ayrılan pulları ələ keçirməkdə təqsirləndirilən şirkət rəhbəri Nuridə Seyidova və onunla birlikdə mühakimə olunan Aynur Bayramova və Aysel Məmmədovanın məhkəməsinə tanınmış həkimlər gəlib. 

“Qafqazinfo”nun məlumatına görə, əvvəlcə cinayət baş verən dövrdə Talassemiya Mərkəzinin baş həkimi işləmiş Xuraman Cəfərova şahid kürsüsünə çağırılıb. Cəfərova hazırda Bakı Baş Səhiyyə Mərkəzində baş mütəxəssis vəzifəsində çalışır. Onun dediyinə görə, təqsirləndirilən şəxslərdən yalnız Aynuru tanıyır. Aynur “Medical Park” klinikasının kuryeri kimi Mərkəzə gəlib-gedib.

Şahid deyir ki, Aynurun Talassemiya Mərkəzindəki qanunsuzluqlarından son günə kimi xəbərsiz olub, sonradan bu işlərə görə onu Mərkəzdən qovdurub: “Mən baş həkim təyin ediləndən sonra bu işdə zərərçəkmişlərdən biri müraciət etdi. Dedi ki, Aynur Bayramova onlardan pul alıb, söz verib ki əməliyyat ediləcəklər. Bu müraciətdən sonra dərhal tədbir gördüm. Aynurun Mərkəzə daxil olmasına qadağa qoyduq. “Medical Park”ın həkim heyətinin içində qan daşıyırdı. Həmin klinikanın bizim Mərkəzlə müqaviləsi var idi. Oradan Akif Hoca öz heyəti ilə gəlib, talassemiyalı xəstələrin müayinəsini aparırdı. Aynur da heyətdə sadə kuryer idi. 

Fotoda: Xuraman Cəfərova

Mən heç bir pasiyenti bunların yanına göndərməmişəm ki, kömək etsinlər. Hə, eşitmişdim ki, guya bunların şirkəti əməliyyat xərcinin yarısını qarşılayır”.

Həkimin dedikləri məhkəmə salonunda əyləşən zərərçəkmişləri özündən çıxarıb. “Necə yəni sizin xəbəriniz olmayıb?! Aynur qeydiyyatçı idi. Bütün xəstələri o qeyd edirdi. Səhiyyəmiz o qədər zəifdir ki, bir kuryer vasitəsilə 36 nəfər belə vəziyyətə düşüb? Bunlardan sizin xəbəriniz olmaya bilməzdi”,- zərərçəkmiş Şahbacı İsaqova deyib. 

Məhkəmədə ifadə verən zərərçəkmişlər demişdilər ki, Aynurun Talassemiya Mərkəzində otağı var idi. Danışıqlar da əsasən o otaqda aparılıb. 

X.Cəfərova isə bunu təkzib edib. Ona da əlavə edib ki, Aynurun Mərkəzlə əmək müqaviləsi olmayıb. Şahidin əlavəsi hakimlər və vəkillərdə əsaslı sual yaradıb. “Mən hakim kimi Talassemiya Mərkəzinə girə bilmərəm. Buraxmazlar. Necə olur ki, Aynur əlini-qolunu sallaya-sallaya rahat girib-çıxıb? Hələ içəridə xəstələrlə pul da danışıb. Necə ola bilər ki, sizin bütün bunlardan xəbəriniz olmasın. Mümkündür bu?”, - deyə hakim Şəlalə Həsənova bu sözlərlə şahidə üz tutub, ondan məsələyə aydınlıq gətirməsini istəyib.

Şahid bu hadisələrin baş həkim olmazdan əvvəl baş verdiyini deyib.

Fotoda: Mir Cəlal Kazımi ilə Xuraman Cəfərova məhkəmə qarşısında

Zərərçəkmişlərdən biri həkimin lehinə danışıb, o, bütün günahların yalnız təqsirləndirilən şəxslərdə olduğunu söyləyib: “Xuraman doktorun nə günahı var? Bunlar (müttəhimləri göstərir-red) uşaq qatilləridir. Niyə aydınlaşdırılmır ki, Nuridə cüllüt canı ilə 1 milyonu neyləyib? Bu araşdırılmalıdır.”

Aynur Bayramova isə Xuraman həkimi yalan danışmaqda ittiham edib. Onunla birgə danışıqlarının sübut kimi saxlanıldığını xatırladıb: “Necə yəni mənə otaq verməmisiniz? Mənə də, Nuridəyə də xəstə yönəltmisiniz. Bizi ələ sala-sala danışırsınız. Heç nədən xəbəriniz yoxdur kimi… Nə demisinizsə, onu da icra etmişik”.

Prosesin davamında respublikada kifayət qədər tanınan cərrah Mir Cəlal Kazımi hakim qarşısında dayanıb. Zərərçəkmiş şəxslərdən bəziləri ifadələrində deyiblər ki, onları təqsirləndirilən şəxslərin yanına Mir Cəlal Kazımi yollayıb. Bu səbəbdən məhkəmə tərkibinin cərraha sualları yaranıb. 

Mir Cəlal Kazımi müttəhimlərdən ikisini-Nuridə ilə Ayseli tanıyıb, Aynuru xatırlaya bilməyib. Şahidin ümumi ifadəsindən çıxarılan nəticə budur ki, Mərkəzi Gömrük Hospitalının təqsirləndirilən şəxslərin şirkəti ilə müqaviləsi olub. Şirkət xəstəxanaya pul köçürüb, cərrah kimi o da əməliyyatı icra edib.

Bu müqavilə barədə də əməliyyat üçün imkanı olmayan pasiyentlərə məlumat verib ki, faydalana bilsinlər: “O vaxt vəziyyət fərqli idi. Xəstələr icbari sığortadan faydalana bilmirdi. Bir qrup öz hesabına, bir qrup yardımsevər şirkətlər hesabına əməliyyat olunurdu. Nuridənin şirkətinin də hospitalla müqaviləsi var idi. Biz də kömək üçün bir neçə xəstə göndərmişik. Mən xəstəxanada işçiyəm, nə deyiblərsə, onu etmişəm. Onu da deyim ki, şirkət qurulmazdan əvvəl də Aysellə əlaqəmiz olub. Şəxsi hesabına yardımlar edib”.

Mir Cəlal Kazımi ilə zərərçəkmiş şəxslərin dedikləri arasında xeyli ziddiyyətlər var. İşi araşdıran hakimlər üçün də xeyli məsələlər qaranlıq qalıb.

“Əməliyyat 46 mindir, amma xəstənin 23 mini var. Siz də demisiniz ki, get qalan pulu Ayselgil təşkil eləsin. Aysel də 23 mini də alıb, heç nə ödəməyib. Belə hal bir dəfə olmayıb e, 11 dəfə baş verib. Adam bir dəfə inanar, iki dəfə inanar… Amma maraqlıdır ki, ödəniş olmaya-olmaya bəziləri də əməliyyat edilib. Sonradan isə hospital müəyyən edib ki, yox 11 nəfərin borcu qalıb. Bu özü araşdırma mövzusudur. Yəqin ki, Baş Prokurorluğa müraciət edəcəyik”, - deyə hakim Azad Məcidov sual edib. 

Məhkəmə tərkibinə daxil olan digər hakim Şəlalə Həsənova isə Mir Cəlal Kazımidən pulu olmayıb ölümcül vəziyyətdə qalan xəstəyə xəstəxananın münasibətini soruşub: “Tutaq ki, hakim deyiləm. Bir vətəndaş kimi soruşuram. Pulu olmayıb, ölümcül vəziyyətdə qalan xəstənin əməliyyatı üçün bir istisna yoxdurmu? Belə bir şey olsaydı, bu adamlar da məcbur qalıb Nuridə kimilərə üz tutmazdılar. Zalda əyləşənlərdən birinin həyat yoldaşı pula görə ölüb...”

“Bu, qlobal məsələdir. Cavabı məndə deyil” -, deyə cərrah şahid qısa cavab verib. 

Məhkəmədə o da məlum olub ki, cinayət işi başlanan ilkin vaxtlarda Aysel Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ifadə verib. Oradan çıxan kimi də nə danışıbsa, hamısını Mir Cəlal Kazımiyə deyib. Onlar arasındakı səs yazısı da iş materiallarına əlavə edilib. Məhkəmədə həmin səs yazısı nümayiş edilib. Səs yazısında Aysel Mircəlal həkimə sorğu-sualdan danışır, onun da adını müstəntiqə dediyini bildirir. 

Mir Cəlal Kazımi etiraf edib ki, bu iş başlayanda özü də “Bandotdel”də ifadə verib. Əvvəl dediklərini müstəntiqə də danışıb. 

Bununla da şahidin dindirilməsi başa çatıb. Proses aprelin 28-i sənədlərin tədqiqi ilə davam edəcək.

Qeyd edək ki, Nuridə Seyidova “Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi, A.Bayramova və A.Məmmədova isə işçiləridir. İş üzrə 36 nəfər zərərçəkmişə 1 milyon manata yaxın zərər dəyib.

Sail Ağasəlim

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:253
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 23 Aprel 2025 19:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see342

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see334

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see325

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see284

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see256

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see249

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see236

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see211

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see200

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see186

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see185

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see183

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see182

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see180

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see179

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see171

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see167

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see166

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri