Icma.az
close
up
RU
Bank Avrasiya nın kredit və depozit portfeli azalıb Hesabat

Bank Avrasiya nın kredit və depozit portfeli azalıb Hesabat

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

“Bank Avrasiya” 2025-ci ilin I rübü üzrə maliyyə hesabatlarını açıqlayıb.

APA-Economics” banka istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-mart ayları ərzində “Bank Avrasiya”nın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 64.6% artaraq 1 milyon 976 min manat təşkil edib. 2024-cü ilin müvafiq dövründə bank 1 milyon 201 min manat xalis mənfəət əldə etmişdi.

Hesabat dövründə bankın faiz gəlirləri 10.1% artaraq 3 milyon 961.4 min manat, faiz xərcləri isə 5.2% azalaraq 574.4 min manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 717.4 min manata ( illik müqayisədə 35.6% çox ), qeyri-faiz xərcləri isə 2 milyon 255 min manata ( illik müqayisədə 35.9% çox) bərabər olub. Beləliklə bank bu dövrdə 1 milyon 389 min manat əməliyyat mənfəəti əldə edib ki, bu da illik müqayisədə 6.5% azdır. Hesabat dövründə bankın xalis mənfəətinin artması əməliyyat mənfəətinin artması ilə deyil, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlar ayırmalar ( 342.2 min manat) və gözlənilməz fəaliyyət növlərindən gəlirlər ( 245.6 min manat) hesabına olub.

Cari ilin aprel 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 2.3% və ya 4.6 milyon manat azalaraq 196 milyon 400 min manata enib. Cari ilin ilk 3 ayında “Bank Avrasiya”nın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 3.3% və ya 4.5 milyon manat azalaraq 131 milyon 627 min manata bərabər olub. Bankın kredit portfelində istehlak kreditləri 15.1 milyon manat , biznes kreditləri 59.2 milyon manat, daşınmaz əmlak kreditləri isə 57.3 milyon manat təşkil edib.

Bu dövrdə “Bank Avrasiya”nın cəmi öhdəlikləri 109 milyon 905 min manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 5.5% və ya 6.4 milyon manat azdır. Bankın depozit portfeli də cari ilin ilk 3 ayında 8.9% və ya 5.6 milyon manat azalaraq 57 milyon 380 min manata enib.

2025-ci il aprel ayının 1-nə “Bank Avrasiya”nın cəmi kapitalı ilin əvvəli ilə müqayisədə 2.2% və ya 1 milyon 850 min manat azalaraq 86 milyon 494 min manat təşkil edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://apa.az
archiveBu xəbər 14 Aprel 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri