Bank kartlarından bu qədər pul oğurlandı Məbləğ KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.
Vətəndaşların kartlarından 12 min manatdan çox pul oğurlanıb.
Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır.
“Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında sizə zərər vuracaqlar. Aprelin 28-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 3514, 1500, 1200, 1100, 1000, 930, 786, 743, 640, 393, 240, 200, 83 manat pul vəsaitləri bank kartlarından oğurlanıb”, – deyə vurğulanıb.
Qurum vətəndaşlara müraciət edib:
“Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 29 Aprel 2025 11:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















