Bank kartlarından oğurluq davam edir
Reyting.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Vətəndaşların bank kartlarından oğurluqlar davam edir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Reyting.az-a bildirilib ki, kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır:
"Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar".
Bildirilib ki, mayın 6-da ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 3400, 2500, 2000, 1500, 1302, 999, 840, 490, 285, 161, 30, 16, 5 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.
DİN bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edir:
Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var".

Bank kartlarından oğurluq davam edir
07 İyun 2025 13:21
Bank kartlarından 20 min oğurluq
17 May 2025 10:42
Bank kartlarından oğurluq halları artır
22 Aprel 2025 10:28
Bank kartlarından oğurluq edildi MƏBLƏĞ
14 İyun 2025 14:41
Bank kartlarından oğurluqlar davam edir
11 Aprel 2025 14:12

