Icma.az
close
up
RU
Bank nə üçün əvvəlcə faizləri yığır?

Bank nə üçün əvvəlcə faizləri yığır?

Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Kredit götürənlərin və medianın çox verdiyi suallardan biridir.
Hazırda kredit müqavilələrinin çoxunda belə mənzərə müşahidə olunur. Müştəri hər ay müəyyən miqdar kredit ödəyir, lakin iki il sonra da əsas borc demək olar ki, ciddi dəyişmir. Çünki ilkin mərhələdə ödəmələrin böyük hissəsi faizlərə yönəlir.
Tətbiq edilən bu kredit ödənişi üsulunun adı “Annuitet metod”dur. Bu metod banklar tərəfindən ən çox istifadə edilən gəlir optimallşdırma alətidir.
Bu metodun əsas xüsusiyyəti ondan ibarətdir ki, aylıq ödənişlər sabit olur, lakin bu sabit məbləğin içində faizin və əsas borcun payı zamanla dəyişir. İlk aylarda bu sabit məbləğin çox böyük hissəsi faiz olur, əsas borc isə minimal miqdarda azalır. Zaman keçdikcə faiz yükü azalır, əsas borcun payı artır. Səbəb sadədir: faiz kreditin qalıq məbləği üzərindən hesablanır və kreditin əvvəlində bu məbləğ ən yüksək həddə olur. Məsələn, 5 illik kreditin ilk 18 ayında, ümumi ödənişlərin 60–70%-i faizlərə gedə bilər.
Bu metod bankların sevimli metodudur. Çünki bankın riskini başlanğıcda minimuma endirir. Müştəri kreditin ilk illərində əsas borcu az, faizi isə yüksək ödədiyi üçün bank ilkin dövrdə maksimum gəlir əldə edir. Kredit vaxtından əvvəl bağlansa belə, bank artıq əsas gəliri yığmış olur, Beləliklə, gecikmə və ya defolt riski yarananda belə bank artıq faiz payını çıxarmış olur.
Bəs müştəriyə təqdim etmək üçün alternativ metodlar mövcuddurmu? Bəli!
Ən çox alternativ metod kimi istifadə edilə bilən, amma bank üçün əlverişli olmayan metod “differsial metod”dur. Bu metodda əsas borc aylar üzrə bərabər hissələrə bölünür. Faiz isə qalan əsas məbləğə tətbiq olunur, Buna görə də əvvəlki aylarda ümumi ödənişlər yüksək olur, sonra azalır.
Bu metodda ilk aylar yük çox olsa da, müştəri ümumilikdə daha az faiz ödəyir, Bank isə gəlirini tədricən əldə etdiyi üçün qısa müddətli qazanc imkanlarını itirir. Məhz bu səbəblə diferensial metod Azərbaycanda və digər inkişaf edən ölkələrdə nadir hallarda təklif olunur. Yəni bu sadəcə bizim bankların yanaşması deyil. ABŞ, Türkiyə, Gürcüstan və s. kimi ölkələrdə çox geniş yayılıb. Amma Rusiyada differensial metod da geniş yayılıb.
Hesab edirəm ki, müştəriyə seçim imkanının verilməsi daha ədalətli olardı. Yəni kredit müqaviləsi imzalanmadan əvvəl həm annuitet, həm diferensial metodla hazırlanmış ödəniş cədvəlləri müştəriyə təqdim olunmalı, aralarındakı fərq izah edilməlidir. Hətta annuitet metodla aparılan ödənişlərdə belə kreditin erkən bağlanması zaman müştəriyə güzəşt tətbiq edilməlidir.
Eldəniz Əmirov, iqtisadçı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 12 May 2025 19:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see394

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see351

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see316

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see310

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see286

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see265

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see255

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see231

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see224

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see207

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see206

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see203

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see202

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see201

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see186

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see186

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see181

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see164

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see158

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri