Icma.az
close
up
RU
Bank of Bakunun əməkdaşı taksi sürücüsü ilə əlbir olaraq qanunsuz kreditlər ayırıb

Bank of Bakunun əməkdaşı taksi sürücüsü ilə əlbir olaraq qanunsuz kreditlər ayırıb

Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Taksi sürücüsü işləyən qohumu ilə əlbir olub "Bank of Baku"nun Şirvan filialında külli miqdarda qanunsuz kredit ayırmaqda təqsirləndirilən həmin bankın kredit mütəxəssisinin və qohumunun cinayət işləri üzrə məhkəmə prosesi yekunlaşıb.

Hurriyyet.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Əli Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Hökmə əsasən, "Bank of Baku"nun Şirvan filialının kredit mütəxəssisi olmuş Abbasov Bəhrəm Abdulla oğlu iki il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə səkkiz il altı ay müddətə azadlıqdan məhrum edilib.

Onun barəsində olan "polisin nəzarətinə vermə" qətimkan tədbiri ləğv edilərək məhkəmə zalından həbs edilib.

Cinayət işi üzrə təqsirləndirilən taksi fəaliyyəti ilə məşğul olmuş və Bəhrəm Abbasovun qohumu Rzayev Əziz Xəqani oğlu isə iki il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə səkkiz il üç ay müddətə azadlıqdan məhrum edilib.

Onun barəsində də "polisin nəzarətinə vermə" qətimkan tədbiri ləğv edilərək məhkəmə zalından həbs edilib.

İttihama görə, bankın kredit mütəxəssisi Bəhrəm Abbasov taksi fəaliyyəti ilə məşğul olan qohumu Əziz Rzayev ilə əlbir olub onlara müraciət edən, eləcə də qanunla kredit ayrılması mümkün olmayan şəxslər barəsində bankın sənədlərinə yalan məlumatlar daxil etməklə 168 min 200 manat qanunsuz kredit ayırıb.

Həmçinin kredit üçün müraciət etmiş şəxslərdən ayrılan məbləğin müəyyən hissəsini rüşvət qismində almaqda ittiham edilib.

Məlumata görə, taksi fəaliyyəti ilə məşğul olan Əziz Rzayev isə ona kredit üçün müraciət etmiş şəxsləri yönləndirərək onları müxtəlif yerlərdən banka aparıb-gətirmək işləri ilə məşğul olub.

Bəhrəm Abbasov Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, Əziz Rzayev isə həmin məcəllənin 32.5, 308.1, 32.5, 311.3.2 və 32.5, 313 (qeyd edilən cinayətlərdə kömək etmə) maddələri ilə ittiham ediliblər.(Report)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 06 Dekabr 2024 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see264

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see237

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see234

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see227

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see226

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see186

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see172

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see167

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see147

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see146

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see145

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see145

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see135

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see133

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see131

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see130

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see129

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see129

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see126

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri