Bank Respublika nizamnamə kapitalını bir qədər də artırır
Icma.az, Marja.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Bank Respublika" ASC nizamnamə kapitalını daha 39 546 542 manat və yaxud 19,7 % artıraraq 200 751 530 manatdan 240 298 072 manata çatdırmağı planlaşdırır.
Kapital artımı Bankın dövriyyədə olan 30 188 200 ədəd səhminin nominal dəyərinin 6,65 manatdan 7,96 manata çatdırılması hesabına baş tutacaq.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bundan başqa, "Bank Respublika" 80 milyon manatlıq imtiyazlı səhm buraxmağı planlaşdırır. Hər birinin nominal dəyəri 1 manat olan 80 milyon ədəd yeni səhm qapalı üsulla yerləşdiriləcək. Qiymətli kağızları bir qədər əvvəl anonsu verilmiş konsolidasiya prosesi çərçivəsində "Access Bank" QSC-nin mövcud səhmdarlarının alacağı gözlənilir. Beləliklə, "Bank Respublika"nın nizamnamə kapitalı təxminən 320 milyon manat təşkil edəcək ki, bunun da 25 %-i yeni səhmdara məxsus olacaq.
"Bank Respublika" 1992-ci ildə yaradılıb. Bankın səhmlərinin 63,32 %-i Natiq Quliyevə, 18,46 %-i Elçin Quliyevə, 8,47 %-i Namiq Quliyevə, 5,45 %-i Şakir Rəhimova, 4,22 %-i SIDT-yə, 0,08 %-i isə digər şəxslərə məxsusdur.
Mənbə: Report
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 02 Oktyabr 2026 15:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















