Icma.az
close
up
RU
“Bank Respublika”dan müştərilərə tövsiyələr

“Bank Respublika”dan müştərilərə tövsiyələr

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

“Bank Respublika”, hazırda 110-dan çox ölkədə qeyd edilən Beynəlxalq Təhlükəsiz İnternet Günü münasibətilə müştərilərini rəqəmsal mühitdə artan fırıldaqçılıq (fraud) risklərinə qarşı diqqətli olmağa çağırır.

Qeyd edək ki, Beynəlxalq Təhlükəsiz İnternet Günü 2004-cü ildən Avropa Komissiyasının “Təhlükəsiz internet” proqramı çərçivəsində fəaliyyət göstərən Avropa Təhlükəsiz İnternet Şəbəkəsi tərəfindən təşkil olunur və əsas məqsədi istifadəçilərin onlayn təhlükəsizlik barədə maarifləndirilməsidir.

Rəqəmsal bank xidmətlərindən istifadənin genişlənməsi fonunda fırıldaqçılıq üsulları da daha hədəfli, daha inandırıcı və daha sürətli xarakter alır. “Bank Respublika” müştərilərinin maliyyə təhlükəsizliyinin qorunmasını prioritet hesab edərək, son dövrlərdə ən çox rast gəlinən risklər və onlardan qorunma yolları barədə maarifləndirici məlumatları diqqətə çatdırır.

Hazırda vətəndaşların ən çox üzləşdiyi fırıldaqçılıq halları aşağıdakılardır:

- Saxta e-mail və SMS-lər vasitəsilə kart və hesab məlumatlarının ələ keçirilməsi (phishing, smishing);

- Bank əməkdaşı adı ilə edilən telefon zəngləri (vishing);

- Saxta onlayn mağazalar və həddindən artıq ucuz alış təklifləri;

- Sosial şəbəkələrdə tanışların adından göndərilən “təcili pul” mesajları;

- Saxta QR-kodlar və kampaniya elanları;

- İş təklifi, investisiya və ya bonus adı altında kart məlumatlarının tələb olunması;

- Mobil nömrənin ələ keçirilməsi (SIM-swap) və saxta mobil tətbiqlər.

“Bank Respublika” müştərilərə aşağıdakı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edir:

- Bank kartının PIN, CVV və OTP kodlarını heç bir halda paylaşmamaq;

- SMS və e-maillərdəki naməlum və şübhəli keçidlərə daxil olmamaq;

- Tələsdirən və qorxuducu zəng və mesajlara emosional reaksiya verməmək;

- Pul köçürməzdən əvvəl məlumatı bankın rəsmi əlaqə kanalları vasitəsilə yoxlamaq;

- Mobil tətbiqləri yalnız rəsmi tətbiq mağazalarından yükləmək;

-“Zəmanətli qazanc” vədi verilən təkliflərə ehtiyatla yanaşmaq.

“Bank Respublika” heç bir halda müştərilərindən telefon, SMS, e-mail və ya sosial şəbəkələr vasitəsilə kartın məxfi məlumatlarını tələb etmir. Şübhəli vəziyyətlə qarşılaşdıqda əməliyyatı dərhal dayandırmaq və bankın rəsmi əlaqə kanalları ilə əlaqə saxlamaq tövsiyə olunur.

Daha ətraflı məlumat üçün: 

Veb sayt: www.bankrespublika.az 

Sosial şəbəkələr: “Facebook”, “Instagram”, “LinkedIn”, “Telegram”

Çağrı Mərkəzi: 144.











Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 10 Fevral 2026 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see392

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see308

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see236

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see231

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see220

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see213

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see211

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see210

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see199

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see199

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see194

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see193

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see191

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see181

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see175

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see175

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri