Icma.az
close
up
RU
Bank sekorunda son vəziyyət YENİ RƏQƏMLƏR AÇIQLANDI

Bank sekorunda son vəziyyət YENİ RƏQƏMLƏR AÇIQLANDI

Icma.az, Marja.az portalına istinadən məlumat yayır.

Azərbaycan Mərkəzi Bankı Statistik bülleteninin Oktyabr sayını dərc edib.

Marja.az Bülletenə istinadən xəbər verir ki, 31 Oktyabr 2025-ci il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 500, şöbələrinin sayı 87, ATM-lərin sayı 3,430 olmuşdur. Hesabat ayında bank sektorunda çalışanların sayı 0.2% və ya 49 nəfər artaraq 26,921 nəfər təşkil etmişdir

Fəaliyyətdə olan bankların cəmi aktivləri 56,341.9 mln. manat, cəmi öhdəlikləri 49,182 mln. manat, balans kapitalı 7,159.9 mln. manat olmuşdur.

Hesabat ayında bankların kredit portfeli 0.4% və ya 127.6 mln. manat artaraq 29,403.9 mln. manat olmuşdur. Kredit portfelinin strukturu: ı) biznes kreditləri – 53.1% (15,623.4 mln. manat); ıı) istehlak kreditləri – 31.4% (9,232.4 mln. manat) və ııı) ipoteka kreditləri – 15.5% (4,548.1 mln. manat). 

Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 73.3%-i və ya 36,062.9 mln. manat. Depozit portfelinin 57%-i (20,513.9 mln. manat) hüquqi şəxslərin, 43%-i (15,549 mln. manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir. 

Fiziki şəxslərin əmanətlərinin 68.2%-i (10,610.2 mln. manat) milli valyutada, 31.8%-i (4,938.8 mln. manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 63.6%-i (9,883.6 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri oktyabr ayında 1.7% və ya 163.4 mln. manat, tələbli əmanətləri isə 0.2% və ya 8.6 mln. manat artmışdır. 

2025-ci ilin oktyabr ayında bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 2.7% (4,812 əmanətçi), ilin əvvəlindən isə 23.6% (35,450 əmanətçi) artmışdır.

Hüquqi şəxslərin tələbli depozitləri 15,236.8 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 74.3%-ni təşkil etmişdir. 

2025-ci ilin yanvar - oktyabr aylarında banklar 986.8 mln. manat xalis mənfəət, 1,529.7 mln. manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər. Cari ilin 10 ayında banklar tərəfindən ümumilikdə 241.6 mln. manat məbləğində mənfəət vergisi ödənilmişdir.

Monetar sektor

Cari ilin oktyabr ayında manatla geniş mənada pul kütləsi (M2) ilin əvvəlinə nəzərən 1% artaraq 37,027.4 mln. manat təşkil etmişdir. 

Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 374.2 mln. manat artaraq 2,959.6 mln. manat təşkil etmişdir. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident banklardan alınmış qısamüddətli kreditlərin həcmindəki artım ilə əlaqədardır.

Ödənişlər sektoru 

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə oktyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 334 min ədəd artaraq 21 milyon 701 min ədəd təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 13.3% artmışdır. Ödəniş kartlarında debet kartlarının sayı 16% artmış, kredit kartlarının sayı isə 5.2% azalmışdır. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, oktyabr ayı ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 17.6% artmışdır. 2025-ci ilin oktyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8,825 mln. manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 7,776 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,045 mln. manatı POS-terminallar, 4 mln. manatı isə özünə xidmət terminalları və bankomatların vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67.5%-ni təşkil etmişdir. 

Banklar və “Azərpoçt” MMC ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin oktyabr ayının sonu ilə müqayisədə bankomatların sayı 8.1%, POS-terminalların sayı 60.4% artmışdır. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://marja.az
archiveBu xəbər 27 Noyabr 2025 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see199

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see185

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see161

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see158

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri