Icma.az
close
up
RU
Bank sektorumuz: Risklərlə oyun TƏHLİL

Bank sektorumuz: Risklərlə oyun TƏHLİL

Icma.az xəbər verir, Azvision saytına əsaslanaraq.

Məsələn, Moody's və S&P kimi agentliklər bank sektorumuzun real vəziyyətini, perespektivini sabit və müsbət qiymətləndirirlər. Bu da güclü kapital buferi və qeyri-neft sektorunun maliyyələşdirilməsinin güclənməsi amilləriylə izah olunur. “Moody’s” beynəlxalq reytinq agentliyinin “Azərbaycanın bank sisteminin perspektivləri” adlı hesabatında bildirilir ki, sabit əlverişli əməliyyat mühiti ilə güclü dövlət dəstəyi maliyyə müəssisələrinin aktivlərinin keyfiyyət yüksəkliyinə, gəlirliliyinə müsbət təsir edir və bu, davam edəcək. O səbəbdən ki, ölkədaxili gəlirlərin artması (“Müsbət” proqnozlu “Baa3” suveren reytinqi) və qeyri-neft sektorunun inkişafı buna əlavə təkan yaradacaq.
Agentliyin ekspertlərinin rəyincə, əlverişli makroiqtisadi vəziyyət borc öhdəlikləri üzrə xidmət göstərilməsi səviyyəsinə kömək edəcək. Borcalanların ödəmə qabiliyyəti qeyri-neft-qaz sektorunda sabit göstəricilər və əhalinin gəlirlərinin artması hesabına yüksələcək. Bu həqiqətənmi belədir?
Suala cavab tapmaq üçün ölkənin bank sektorunda son vəziyyətə dair cari ilə aid açıqlanan ilk rəqəmlərə nəzər salmaq kifayətdir. Xalis mənfəət, aktivləşmə həcmi və kapitallaşma səviyyəsi sarıdan hər şey yüksək həddədir. Ölkənin bank sektoru yanvarda 80,1 milyon manat xalis mənfəət əldə edib ki, bu da bu ötən ilin eyni dövrüylə müqayisədə 9,1 milyon manat və ya 12,8% çoxdur. Ölkədə fəaliyyət göstərən bankların məcmu aktivlərisə cari ilin yanvarın sonuna 56,936 milyard manat təşkil edib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 3,845 milyard manat və ya 7,2% çox deməkdir. Fəaliyyətdə olan bankların cəmi öhdəlikləri isə 49 milyard 528,7 milyon manata bərabər olmaqla, sektor üzrə balans kapitalı 10,7% artaraq 7 milyard 407,1 milyon manat təşkil edib.
Lakin bir sıra neqativ hallar hələ də qalmaqda davam edir və hətta getdikcə sanki dərinləşir. Bu, nağdsız əməliyyatların, infrastruktur imkanlarının durmadan genişlənməsinə rəğmən, yüksək konsentrasiya, idarəetmə ilə kreditləşdirmədəki keyfiyyət çatışmazlığı, problemli kreditlərin həcminin artması və sair kimi hallardır.
“Moody’s” 2025-ci ilin dekabrına Azərbaycanın bank sisteminin bütün aktivlərinin təxminən 56%-nin sayca 5 bankın əlində cəmləşdiyini bildirib. Söhbət ölkədə fəaliyyət göstərən 22 bank sırasından gedir ki, Mərkəzi Bankın 2026-cı ilə dair son siyahısına əsasən, bunlar ABB, Kapital Bank, PAŞA Bank, Bank Respublika, Unibankdır. Maliyyə sektorunda bu cür qurumların meydana çıxmasının heç bir halda yaxşı olmadığı bəlli məsələdir. Çünki sistem əhəmiyyətli banklar tibbi dildə desəm, ilkin variantda "xoşxassəli şiş" xarakter daşıyır. Bu cür "törəmələrin” hər an xərçəngə çevrilmə təhlükəsi böyükdür. 2014-2015-ci illərdəki böhran zamanı ABB üzrə yaranan ciddi problemlər yaddan çıxmayıb. Qeyd olunan illər ərzindəki böhran nəticəsində ortaya çıxan daha bir problem, - problemli kreditlər məsələsi də yalnız ölkə başçısı müdaxilə etdikdən sonra həllini tapdı. Bütün bunlar unudula bilərmi? Sözsüz ki, yox...
Yeri gəlmişkən, cari il fevralın 1-nə ölkədə vaxtı ötmüş kreditlərin məbləği 557,5 milyon manat təşkil edib ki, bu, 1 yanvarla müqayisədə 6,3%, son bir ildəsə 17,35% çox deməkdir. Ödəniş vaxtı keçmiş kreditlərin ümumi kredit portfelindəki xüsusi çəkisi 1,7%-ə çatıb ki, bu göstərici 2025-ci ilin sonunda 1,6% təşkil edirdi. Ölkə banklarının əsas maliyyələşmə mənbəyisə müştəri depozitləri olaraq qalır ki, onların həcmi 2025-ci ilin dekabrına illik hesabla 1,4% artaraq bütün öhdəliklərin təxminən 77%-ni təşkil edib. Cari ilin əvvəlinə olan statistikaya əsasən isə, bu rəqəm 80%-dən yuxarıya - 49,5 milyard manata çatmışdır. Bundan əlavə, sektor üçün ən böyük risklərdən sayılan təminatsız istehlak kreditləşdirməsinin getdikcə artması, inflyasiya təhlükəsi, mümkün xarici iqtisadi şoklar və faizlərin yüksək olması kimi amillər də, Moody's və S&P kimi agentliklərin "xoş rəylərinə" arxayın olmağımıza əsas yaratmır.
Hər şeyi qoyuram kənara... Cari ilin fevralın 1-nə bankların kredit portfeli 29 milyard 980,1 milyon manat təşkil edib ki, qeyd olunan məbləğ üzrə bölgü belədir: biznes kreditləri – 53,2% (15 milyard 948,9 milyon manat); istehlak kreditləri – 31,4% (9 milyard 425,9 milyon manat), ipoteka kreditləri – 15,4% (4 milyard 605.,3 milyon manat). İstehlak ilə ipoteka kreditlərinin birgə payı 46,8% təşkil edir. Ölkənin neft və qaz gəlirlərindən asılılığının davam etdiyi fonda inflyasiya və xarici iqtisadi təsirlərin hər an sürprizlər yarada biləcəyi halda bu qədər kredit yükü sektor üçün böyük şok yaşada bilər. Düzdür, ölkəmizin mövcud maliyyə imkanları hər cür zərbəni dəf etməyə qadirdir və qadir olaraq da qalacaq.
Ancaq ölkəmizin bank sistemi maliyyə vəziyyətində və inkişafında dayanıqlığa nail olmaq üçün rəqabət amilinə ciddi diqqət yetirilməli və sistem, iqtisadiyyatın real sektoruyla qarşılı əlaqə və əməkdaşlıq əsasında mövqe nümayiş etdirməli - qiymətləndirilməlidir. İstehlak kreditləri və xarici iqtisadi faktorlar heç bir risk amili xarakteri daşımamalıdır.

Pərviz Heydərov
Azvision.az üçün
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://azvision.az
archiveBu xəbər 02 Mart 2026 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri