Bank xidmətlərinin “pulsuz” görünən tərəfi əslində belə işləyir Ekspertdən AÇIQLAMA
Icma.az, Demokrat.az saytına istinadən bildirir.
"Bankların təqdim etdiyi ölkədaxili köçürmələr, kartdan-karta əməliyyatlar və keşbək xidmətləri əslində pulsuz deyil. Bu əməliyyatların arxasında bank üçün işçi qüvvəsi və maliyyə xərcləri dayanır. Məsələn, bir bankdan digərinə vəsait ötürülərkən real pul hərəkəti baş verir, hətta ödəniş platformalarına edilən mədaxillər də işçilər vasitəsilə banklara daşınaraq yerləşdirilir".
Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Xaliq Kərimli deyib.
O, bildirib ki, əvvəllər banklar daha çox müştəri qazanmaq məqsədilə bu xidmətlərdə yüksək limitlər müəyyənləşdirirdilər:
"Məqsəd vətəndaşı cəlb edib bankın xidmətlərindən istifadə etməyə öyrəşdirmək idi. Lakin populyarlıq artdıqdan sonra artıq həmin xidmətlərdən gəlir əldə etmək prioritetə çevrildi və limitlər tədricən aşağı salındı.Keşbək isə sırf bank üçün xərcdir və müştəri qazanmaq üçün tətbiq olunmuşdu. Banklar düşünürdülər ki, keşbək sayəsində vətəndaşların hesabları, qalıq vəsaitləri bankda qalacaq və nəticədə kredit, valyuta əməliyyatları və digər xidmətlərdən gəlir əldə olunacaq. İndi isə xərclər və gəlirlər yenidən analiz edilərək limitlər daraldılır və müştərilər yalnız müəyyən məbləğdən yuxarı əməliyyatlar üçün komissiya ödəməklə üzləşirlər".
Onun sözlərinə görə, nəticə etibarilə, bankları pulsuz xidmət göstərməyə məcbur etmək mümkün deyil:
"Vətəndaş isə ya mövcud şərtlərlə razılaşmalı, ya da alternativ bank seçməlidir. Uzunmüddətli perspektivdə keşbək və oxşar güzəştlərin daha da azalacağı gözlənilir".
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Bank əməkdaşları müştərilərin pullarını oğurlayırmı? EKSPERTDƏN AÇIQLAMA
09 Aprel 2025 00:31
Azərbaycanda enerji xidmətlərinin keyfiyyəti və əlçatanlığı yüksəkdir Ekspertdən AÇIQLAMA
26 Noyabr 2024 11:40
Dollar ucuzlaşacaq Ekspertdən AÇIQLAMA
23 Aprel 2025 22:16
Devalivasiya olacaqmı? EKSPERTDƏN AÇIQLAMA
15 Aprel 2025 11:12
Baxış sayı:100
Bu xəbər 23 Sentyabr 2025 13:42 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları