Icma.az
close
up
RU
“Banka qoyduğum 300 min dollar yoxa çıxıb”

“Banka qoyduğum 300 min dollar yoxa çıxıb”

Icma.az, News24 portalına istinadən məlumat verir.

Bakı şəhər sakini Rüfət Razim oğlu Əsgərov 2008-ci ilin iyun ayında “MuğanBank”a (lisenziyası 2023-cü ildə ləğv edilib) yerləşdirdiyi əmanətin yoxa çıxdığını iddia edir.

“Qafqazinfo”ya müraciət edən R.Əsgərov illər əvvəl banka qoyduğu 300 min dollar pulu və faizlərini geri ala bilmədiyini deyir. 

Şikayətçi bildirib ki, həmin il bankın Gəncə filialında fiziki şəxs kimi uzunmuddətli və sığortalanmış depozit hesabı açıb: “Əmanəti və faizini müddət bitəndən sonra götürəcəkdim. Yeddi müqavilə bağlayaraq əmanət yerləşdirdim və həmin gün Azərbaycandan çıxıb başqa ölkəyə getdim. İldə bir-iki dəfə Gəncəyə gedərkən “MuğanBank”a baş çəkərək müqaviləm haqqında maraqlanırdım, hər dəfə mənə heç bir problemin olmadığı deyilirdi. 2019-cu ilə qədər bu formada davam etdi”.

R.Əsgərovun sözlərinə görə, 2020-ci ildə “MuğanBank”dakı əmanətini götürmək istəyib: “Banka zəng edib bildirdim ki, bir həftəyə Gəncəyə gələcəyəm, əmanətimi hazırlasınlar, gəlib götürəcəyəm. Həmin vaxt mənə dedilər ki, “sizin bank hesabınız yoxdur”. Hesab nömrəmi təqdim etdikdə həmin hesabın Gəncədə deyil, bankın Goranboy filialında olduğunu dedilər. Dərhal Gəncə filialına, həm də “MuğanBank”ın Bakıdakı baş ofisinə məktub göndərdim. Cavab gəldi ki, hesabımın Gəncə filialına aid olduğu doğrudur. Lakin guya mən şəxsən gedib əmanəti tam şəkildə çıxarmışam. Onlar göstərdiyi tarixdə isə mən Azərbaycanda olmamışam”.

Bundan sonra vətəndaş məhkəmələrə üz tutmalı olub: “Məhkəmədə qalib gəldim. Lakin bank Ali Məhkəməyə müraciət etdi. Ali Məhkəmə də Dövlət Arxiv İdarəsindən sənədin başqa cür formasını istədiyi üçün iş yenidən Apellyasiya Məhkəməsinə göndərildi. Dövlət Arxiv İdarəsindən və Mərkəzi Bankdan Apellyasiya Məhkəməsinə cavab gəldi. Cavabda mənim haqlı olduğum, bankın isə yalan dediyi bir daha sübut olundu. Lakin sabahı gün “MuğanBank”ın lisenziyası ləğv olundu”.

Bank bağlanandan sonra R.Əsgərov Əmanətlərin Sığortalanması Fonduna müraciət edib: “Bütün məhkəmə sənədlərinin surətini onlara təqdim etdim. 59 gün sonra fonda getdim ki, bir məlumat əldə edim. Oradan mənə bildirdilər ki, siz bizə müraciət etməmisiniz. Lakin sonra fonddan bildirildi ki, “siz sığortalı əmanətçilərin siyahısına düşməmisiniz və sizə pul verilməyəcək”. Mənə adi qaydada, şablon cavab verdilər. Lakin mənim məsələm şablon cavab tələb etmir, bu iş məhkəmə müstəvisində sübuta yetirilib

Ekspertiza müəyyən edib ki, mənə ümumilikdə faizlərlə birgə 537 min dollar qaytarılmalıdır”.

O, məsələni yenidən məhkəmə müstəvisinə daşıdığını əlavə edib: “Bakı Apellyasiya Məhkəməsinin icraatında olan iş vaxtı bankın lisenziyası müflisləşmə ilə bağlı ləğv edildiyindən işə mülki icraatda baxılması mümkün olmadı və icraata xitam verildi. Mən kreditor tələbimi Əmanətlərin Sığortalanması Fondunda qeydiyyatdan keçirdim və 2024-cü ildə kreditor tələbimi qəbuledilməzlər siyahısına salınmasına dair Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyası qərardad qəbul edib. İndi mənim tələbimə mülki qaydada baxılması mümkün deyil, inzibati icraat qaydasında da bankın ƏSF-yə təhvil verdiyi sənədlər arasında mənim pul vəsaitimlə bağlı sənəd olmadığından inzibati icraat qaydasında da kreditor tələbim təmin olunmur. İndi mən neyləyim? Qanunsuz olaraq illərlə məhkəmə çəkişməm gedir. Hazırda da Ali Məhkəməyə hər iki məhkəmə aktından şikayət vermişəm”.

Məsələ ilə əlaqədar Əmanətlərin Sığortalanması Fonduna sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, hazırda məsələ ilə bağlı məhkəmə çəkişməsi davam edir: “Vətəndaş Əsgərov Rüfət Razim oğlunun özünün də bildirdiyi kimi, hazırda bankla sonuncu arasında məhkəmə mübahisəsi davam edir. Kreditorun mübahisələndirdiyi tələb üzrə məhkəmə yekun aktı qanuni qüvvəsini aldığı təqdirdə tərəfimizdən qərarla bağlı ətraflı məlumat təqdim edilə bilər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://news24.az
archiveBu xəbər 06 Mart 2025 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see299

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see294

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see285

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see272

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see264

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see262

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see247

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see236

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see230

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see222

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see210

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see207

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see197

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see190

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri