Bankın yarım milyon manatını mənimsəyənlərə ağır cəza tələb edildi
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
"Premium Bank"ın külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilən sabiq filial müdiri Nəzakət Məmmədxanova və baş xəzinadar Samirə Əliyevanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham nitqi ilə çıxış edırək Nəzakət Məmmədxanovanın 9 il, Samirə Əliyevanın isə 7 il azadlıqdan məhrum edilməsini təklif edib.
Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaqla müəyyən edilib ki, "Premium Bank" ASC-də filial müdiri işləyən Nəzakət Şərəf qızı Məmmədxanova ötən ilin may ayının 8-dən 23-nə kimi işlədiyi 5 saylı filialın 461 min 170 manat pulunu qulluq mövqeyindən istifadə edərək mənimsəyib. Ona bu işdə həmin filialın baş xəzinədarı işləyən Samirə Novruz qızı Əliyeva kömək edib. O, 32 mədaxil qəbzi əsasında 461 min 170 manat pulu bankda olan Nəzakət Məmmədxanovaya məxsus hesab nömrəsindən "M10" proqram təminatında istifadəsində olan mobil nömrə vasitəsilə ayrı-ayrı şəxslərdən kriptovalyuta alaraq internet üzərindən alqı-satqısının həyata keçirildiyi Binance.com internet saytında onun hesabına yerləşdirib.
Təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Elgün Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:180
Bu xəbər 07 Mart 2025 15:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















