Icma.az
close
up
RU
Banklar krediti niyə Bakıya 14, rayonlara 20 faizlə verir?

Banklar krediti niyə Bakıya 14, rayonlara 20 faizlə verir?

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Statistik göstəricilərə əsasən, Bakı iqtisadi rayonu üzrə milli valyutada kreditlərin orta illik faiz dərəcəsi 14.11% təşkil edir. Lakin regionlarda bu rəqəm xeyli yüksəkdir. Belə ki, Şirvan-Salyan iqtisadi rayonunda orta faiz dərəcəsi 20.00%, Qazax-Tovuz, Quba-Xaçmaz, Mil-Muğan və digər bəzi iqtisadi rayonlarda isə 19.00% səviyyəsindədir.

Bu fərqlər onu göstərir ki, banklar regionlarda kreditləri Bakıya nisbətən daha yüksək faizlə təklif edirlər. Bəs bunun səbəbi nədir?

Mövzu ilə bağlı Valyuta.az-a danışan bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib ki, kredit üzrə faiz dərəcəsi birbaşa kredit riskinin göstəricisidir:

"Kredit riski – yəni verilmiş kreditin qaytarılmasında problemlərin yaranması ehtimalıdır. Əgər bu risk yüksəkdirsə, kreditin faiz dərəcəsi də artır. Bu, kreditvermə sisteminin əsas prinsipidir. Azərbaycanda isə, xüsusilə regionlarda kredit riski daha yüksək qiymətləndirilir”, – deyə o qeyd edib.

Ə.Həsənovun sözlərinə görə, bölgələrdə insanların gəlirləri nisbətən aşağı olduğundan və qoyulan girovu satmaq daha çətin olduğundan risklər artır:

"Əgər borcalan kreditini qaytarmırsa, bank onu məhkəməyə verməli olur. Regionlarda isə bankların daimi hüquqşünasları olmur. Bu səbəbdən, hər dəfə Bakıdan nümayəndə göndərilməlidir ki, bu da əlavə xərclərə səbəb olur. Həmçinin bölgələrdə məhkəmə prosesi də daha çox zaman və vəsait tələb edir. Bütün bu faktorlar faiz dərəcələrinin yüksəlməsinə təsir göstərir”.

Ekspert sonda əlavə edib ki, inkişaf etmiş ölkələrdə regionlar və paytaxt arasında bu qədər fərq olmur:

"Amma Azərbaycanda belədir ki, regionlar və paytaxt arasında iqtisadi inkişafda fərq böyükdür ona görə də nəticə budur”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 31 Oktyabr 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see280

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see278

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see272

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see244

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see237

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see224

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see169

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see150

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see149

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see147

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see138

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri