Icma.az
close
up
RU
Banklar vətəndaşları necə “tilov”a salır?

Banklar vətəndaşları necə “tilov”a salır?

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Azərbaycanda istehlak kreditlərinin həcmi son bir ildə artıb. 

Bu barədə Mərkəzi Bankın bülletenində məlumat yer alır. 2025-ci il oktyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 528.1 milyon manat təşkil edib. Bu göstərici cari ilin əvvəli ilə müqayisədə 17.6 faiz və ya 79 milyon manat çoxdur. Ölkədə problemli kreditlərin məbləği son bir ildə isə 10 faiz və ya 48.1 milyon manat artıb. 

Ümumiyyətlə,  ölkədə istehlak kreditlərinin həcmi hər il artır. Vətəndaşlar bankların kredit faizlərinin yüksək olmasından şikayətlənsələr də, problemli kreditlərin miqdarı da çoxalır. Vətəndaşların kreditlə bağlı müraciətlərinin artması onların maddi imkanlarının daha da zəifləməsi, yoxsa bankların onları “tilova salması” ilə bağlıdır? 

Məsələ ilə bağlı istisadçı-ekspert Əkrəm Həsənov “Cebheinfo.az”-a bildirib ki, istehlak kreditlərinə tələbat həmişə var: 

“İstehlakçı ilə sahibkarın fərqi ondadır ki, sahibkar krediti ona pul doğrudanda lazım olduqda götürür. İstehlakçıya isə pul hər zaman, məhdudiyyətsiz lazımdır. Yəni o mənada ki, vətəndaşların əksəriyyəti belə istəyir. Bu, yalnız Azərbaycanda belə deyil. Çünki insanların çoxunun maliyyə, hüquqi savadı, məsuliyyət hissi aşağı səviyyədədir. 

Bəzilərinə bir çox hallarda pul lazım deyil. Ancaq o fikirləşir ki, lazımdır. Banklar da istehlak krediti verməyə meyillidir. Banklar daha çox kredit versələr, istehlakçı gəlib yenə götürəcək. Çünki ölkədə kreditləşdirməyə sahibkar yoxdur. Yəni bankın əsas gəlir mənbəyi kreditdir. 

Bank da baxır ki, sahibkar azdır, ödəniş qabiliyyəti aşağıdır, müraciət etmir, biznes mühiti gündən-günə pisləşir. Digər tərəfdən də sahibkar kredit istədikdə aşağı faizlə istəyəcək. Ancaq banklar istehlak kreditini ondan daha yüksək faizlə verirlər”. 

Ekspertin sözlərinə görə, sahibkarlar arasında kredit götürmək istəyənlərin bir hissəsinə banklar heç etibar etmir: 

“Bir var ki, bank vətəndaşla üz-üzə qalıb. Vətəndaşın öhdəsindən bank məhkəmə, icra məmuru yolu ilə asanlıqla gəlir. Ancaq sahibkar az pul götürmür. Sahibkarın özünün də müəyyən vəsaiti, biliyi var, ən azı özünə hüquqi yardım göstərəcək hüquqşünas tuta biləcək. 

Buna görə də banklar biznes krediti verməyə maraqlı deyil. Mərkəzi Bankın son illərdəki tənzimləmə siyasəti daha çox ona yönəlib ki, banklar daha çox biznes krediti versin. Faizi yüksək olduğu üçün sahibkar kredit götürmür. Vətəndaş isə sabahı fikirləşmədən kredit götürür. Ona görə də problemli kreditlər artır”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Açar sözlər: Bank vətəndaş Əkrəm Həsənov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 Oktyabr 2025 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see412

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see355

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see319

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see272

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see257

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see238

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see233

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see230

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see220

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see216

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see214

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see213

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see211

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see209

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see199

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see196

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see192

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see190

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri