Icma.az
close
up
RU
Bankların faiz gəlirləri niyə rekord həddə çatıb?

Bankların faiz gəlirləri niyə rekord həddə çatıb?

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

2026-cı ilin I rübünün yekunlarına görə, Azərbaycanda fəaliyyət göstərən banklar arasında faiz gəlirləri üzrə ən yüksək göstərici “Kapital Bank”da qeydə alınıb.

Hesabat dövründə bankın faiz gəlirləri 308,667 milyon manat təşkil edib.İkinci sırada 295,084 milyon manat ilə “ABB” yer alıb. Üçüncü ən yüksək göstərici isə 144,104 milyon manat ilə “PAŞA Bank”a məxsus olub.

Sonrakı pillələrdə “Bank Respublika” (78,966 milyon manat), “Unibank” (69,578 milyon manat), “AccessBank” (69,456 milyon manat) və “Xalq Bank” (51,476 milyon manat) qərarlaşıb.

Məlumatlara əsasən, hesabat dövründə bank sektorunda faiz gəlirlərinin əsas hissəsi iri bankların payına düşüb.

Maraqlıdır, bankların faiz gəlirləri niyə bu qədər yüksəkdir?

İqtisadçı-ekspert Akif Nəsirli “Cebheinfo.az”a bildirib ki, Azərbaycanda bank faiz gəlirlərinin yüksək olmasının bir neçə əsas səbəbi var:

“Birincisi, Mərkəzi Bankın uçot dərəcəsi nisbətən yüksək səviyyədə saxlanılır ki, bu da kommersiya banklarının kredit faizlərini birbaşa şərtləndirir.

İkincisi, iqtisadiyyatda kreditə olan tələb güclüdür. Həm istehlak kreditləri, həm də biznes kreditləri üzrə tələb çoxdur.

Üçüncüsü, rəqabət mühiti hələ tam formalaşmayıb. Bu isə banklara faiz marjasını geniş saxlamağa imkan verir.

Kapital Bankın lider mövqeyi isə onun geniş pərakəndə şəbəkəsi və kredit portfelinin həcmi ilə izah olunur.

Faizlərin azalması müəyyən şərtlər daxilində mümkündür. Əgər inflyasiya sabit şəkildə aşağı düşərsə, Mərkəzi Bank uçot dərəcəsini endirər və bu da kredit faizlərini aşağı çəkər.

Bundan əlavə, bank sektorunda rəqabətin güclənməsi, xüsusilə rəqəmsal bankların bazara daxil olması da faizlərə aşağı təzyiq göstərə bilər. Lakin qısa müddətdə kəskin düşüş gözləmək real deyil. Çünki Azərbaycan iqtisadiyyatında inflyasiya riskləri hələ tam aradan qalxmayıb.

Mərkəzi Bankın pul siyasəti bank faizlərinin formalaşmasında həlledici rol oynayır. Uçot dərəcəsi bazardakı bütün faizlər üçün istinad nöqtəsidir. Banklar bu dərəcədən aşağı faizlə kredit vermək üçün iqtisadi marağa malik olmurlar.

Mərkəzi Bank həm də məcburi ehtiyat normaları və açıq bazar əməliyyatları vasitəsilə bankların likvidliyinə təsir göstərir”.

İqtisadçı qeyd edir ki, likvidlik azaldıqda banklar resurs cəlb etmək üçün depozit faizlərini artırırlar, bu isə öz növbəsində kredit faizlərinin də yüksəlməsinə gətirib çıxarır.

Aişə Abdulova
“Cebheinfo.az”

Açar sözlər: bank Akif Nəsirli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Aprel 2026 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri