Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Qızılın bahalaşması davam edir

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

Makron: Fransa Venesuelada istifadə edilən ABŞ metodlarını təsdiqləmir

Bankların keşbek oyunu: xırda qazanc, BÖYÜK borc

Bankların keşbek oyunu: xırda qazanc, BÖYÜK borc

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Akif Nəsirli: “Ən çox yol verilən səhvlərdən biri minimum ödənişlə kifayətlənməkdir və...” Əkrəm Həsənov: “Keşbek mexanizmləri insan beynini aldadır”

Son illərdə bankların kredit kartları üzrə təklif etdiyi keşbek kampaniyaları bir çox insan üçün cəlbedici görünür. “Xərclə, qazan” prinsipi ilə təqdim olunan bu sistemlər ilk baxışda sərfəli təsir bağışlasa da, əslində bəzən insanları daha çox xərcləməyə, borclanmağa və maliyyə nəzarətini itirməyə sürükləyir.

Mütəxəssislər bildirir ki, keşbeklərin arxasında gizlənən şərtlər və psixoloji təsir mexanizmləri çox zaman istifadəçilər tərəfindən nəzərdən qaçırılır.

Keşbek kampaniyaları insanların xərcləmə davranışına necə təsir edir və “maliyyə tələsi”nə düşməmək üçün nələrə diqqət edilməlidir? Kredit kartı keşbeklərində istifadəçilərin ən çox yol verdiyi səhvlər hansılardır? Bankların təqdim etdiyi keşbek şərtlərində diqqətdən qaçan riskli məqamlar nələrdir? İstifadəçilər keşbekdən faydalanarkən borclanmadan və artıq xərcləmədən necə qaça bilərlər?

Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli mövzu ilə bağlı Musavat.com-a deyib ki, keşbek kampaniyaları insanların xərcləmə davranışına əsasən psixoloji təsir göstərir:

“İnsanlar real endirimdən daha çox “pul qazanıram” hissini yaşayır və bu, planlaşdırmadıqları xərcləri etməyə sövq edir. Əslində isə keşbek yalnız xərclənən məbləğin kiçik bir hissəsinin geri qaytarılmasıdır. İnsan bu mexanizmi qazanc kimi qəbul etdikdə daha çox alış-veriş edir, nəticədə büdcə nəzarəti zəifləyir. Məhz bu səbəbdən keşbek sistemləri bəzən “maliyyə tələsi” adlandırılır: xırda geri ödənişlər böyük və lazımsız xərcləri ört-basdır edir”.

İqtisadçı qeyd edib ki, kredit kartı keşbeklərində istifadəçilərin ən çox yol verdiyi səhvlərdən biri minimum ödənişlə kifayətlənməkdir:

“İnsanlar keşbek əldə etdikləri üçün borcun tam bağlanmasını təxirə salır, amma faizlər yığıldıqca qazandıqları keşbekdən dəfələrlə artıq məbləğ itirirlər. Digər geniş yayılmış səhv keşbek üçün müəyyən kateqoriyalarda və ya limitlər çərçivəsində xərcləmək məcburiyyətini nəzərə almamaqdır. Nəticədə insan ehtiyacı olmayan məhsulu sadəcə kampaniyaya düşdüyü üçün alır.

Bankların təqdim etdiyi keşbek şərtlərində diqqətdən qaçan riskli məqamlar kifayət qədərdir. Keşbekin yalnız müəyyən ticarət nöqtələrində keçərli olması, aylıq maksimum limitlərin olması, qazancın dərhal deyil, aylar sonra hesablanması və ya yalnız bonus kimi istifadə edilə bilməsi buna misaldır.

Bundan əlavə, bəzi hallarda keşbek yalnız vaxtında və tam ödəniş edildikdə qüvvədə qalır, gecikmə olduqda isə həm keşbek ləğv olunur, həm də cərimə faizi tətbiq edilir. İstifadəçilər keşbekdən faydalanarkən borclanmadan və artıq xərcləmədən qaçmaq üçün ilk növbədə kredit kartını gəlir yox, xərcləmə aləti kimi görməlidirlər. Keşbek yalnız planlaşdırılmış və onsuz da ediləcək xərclər üçün istifadə edilməlidir. Hər ay borcun tam bağlanması əsas prinsip olmalıdır, çünki faiz ödəmək hər cür keşbek qazancını mənasız edir. Kampaniya şərtlərini diqqətlə oxumaq, limitləri bilmək və alış-veriş qərarını keşbekə görə deyil, real ehtiyaca görə vermək maliyyə nəzarətini qorumağın ən sağlam yoludur”.

Banklar üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənov da mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb.

Onun sözlərinə görə, bütün keşbek və oxşar mexanizmlər insanları maliyyə tələsinə salmaq məqsədi daşıyır:

“Bu mexanizmlər Azərbaycanda icad olunmayıb, Qərb ölkələrində formalaşıb.

Uzun illərdir istehlakçı cəmiyyətində yaşayırıq. Bu baxımdan biznes mal və xidmətlərin satışını stimullaşdırmağa çalışır. Biznesin əsas məqsədi satmaqdır və bunun üçün əllərindən gələni edirlər. Banklar da biznes subyektidir: biri mal və xidmət satır, digəri kredit verir və faiz qazanmaq istəyir.

Bu keşbek mexanizmlərində insan üçün əsas cazibə “qazanc” hissidir. Biz dopamin hormonunu almaq, yəni üstünlük əldə etdiyimizi, nəsə qazandığımızı düşünmək istəyirik. Amma insan çox vaxt dərk etmir ki, “qazanmaq” üçün aldığı mal ona həqiqətən lazımdırmı, yoxsa yox. Sadəcə almaq üçün alır, ehtiyacını deyil, hissini təmin edir. Bankdan kredit götürürsən, üzərinə faiz də gəlir. Sonda isə doğrudan da qazandınmı, yoxsa yox - bu sual açıq qalır. Amma insan beyni bizə elə bir impuls göndərir ki, guya nə isə qazanmışıq.

Əlbəttə, demirəm ki, keşbekdən və ya oxşar mexanizmlərdən istifadə etmək olmaz. Əgər bank özü bunu təklif edirsə, istifadə etmək mümkündür. Amma insan hər dəfə xərc edəndə özünə sual verməlidir: “Mən bunu niyə alıram? Bu, mənə doğrudan lazımdırmı?” Lazımsız mallar alınmamalıdır. Burada artıq real ehtiyac deyil, marketinq işləyir — insanın beyni aldadılır, mallar gözə soxulur.

Ona görə də yaxşı olar ki, insan özündə belə bir vərdiş formalaşdırsın: mağazaya gedib heç nə almadan çıxmaq, sadəcə baxmaq. Sonra evdə oturub düşünmək - doğrudan da mənə nəsə lazım idimi, ya yox. Bir də bunu düşünün: məsələn, 200 manat xərc edirsən, əvəzində 10 manat keşbek qazanırsan. Amma 200 manat artıq xərclənib. Üstəlik, onun faizi də var”.

Hüquqşünasın sözlərinə görə, bu mexanizmlərin digər riski də istifadəçilərin hüquqlarının tam qorunmamasıdır:

“Keşbek şərtləri və kampaniya qaydaları çox vaxt incə hərflərlə yazılır. İstifadəçilər gecikmə, limit aşımı və ya səhv ödəniş nəticəsində qazandıqları keşbekdən məhrum ola bilər. Bu baxımdan hər bir istifadəçi əvvəlcədən kampaniya qaydalarını diqqətlə oxumalı, hüquqi öhdəliklərini bilməli və hər xərci planlı şəkildə etməlidir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 05 Yanvar 2026 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see394

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see226

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see178

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see177

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see155

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see150

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see148

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see145

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see145

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see144

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

05 Yanvar 2026 09:58see140

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see140

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see137

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see136

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see136

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see135

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

05 Yanvar 2026 13:46see133

Makron: Fransa Venesuelada istifadə edilən ABŞ metodlarını təsdiqləmir

05 Yanvar 2026 15:29see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri