Bankların valyuta əməliyyatlarından gəlirləri artıb
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
2025-ci ilin yanvar-mart ayları ərzində Azərbaycanda fəaliyyət göstərən bankların məzənnə dəyişməsi daxil olmaqla, valyuta əməliyyatlarından xalis gəlirlərinin həcmi 72.3 milyon manat təşkil edib.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 17.6% və ya 10.8 milyon manat artıb. Belə ki, 2024-cü ilin I rübündə bankların bu qəbildən olan gəlirləri 61.5 milyon manat təşkil edib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanda fəaliyyət göstərən 22 bankın nağd ABŞ dolları ilə alqı-satqı əməliyyatlarının həcmi 965 milyon 218 min, avro ilə 103 milyon 129.6 min, Rusiya rublu ilə 1 milyard 520.3 milyon, İngilis funtsterlinqi ilə əməliyyatların həcmi isə 6 milyon 95.6 min təşkil edib.
Xatırladaq ki, bu ilin ilk 3 ayında banklar 253.3 milyon manat xalis mənfəət əldə ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 02 May 2025 11:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















