Bankomatdan pul çıxarmaq mümkün olmayacaq: Yeni qanun iyunun 1 dən qüvvəyə minir
News24 saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiya prezidenti 2025-ci il iyunun 1-dən qüvvəyə minəcək mühüm qanun imzalayıb.
News24.az xəbər verir ki, yeni qanun telefon və internet vasitəsilə dələduzluqla mübarizəni gücləndirmək məqsədi daşıyır və bu sahədə banklar, mobil operatorlar, dövlət qurumları və onlayn platformalar arasında koordinasiyalı əməkdaşlıq tələb edir.
Bütün proses Rəqəmsal İnkişaf Nazirliyinin nəzarəti altında vahid informasiya sistemində həyata keçiriləcək. Əsas məqsəd – şübhəli nömrələr və hesablarla bağlı məlumatların real vaxtda paylaşılmasıdır. Bu sistem zəng və ya pul köçürməsi mərhələsində belə fırıldaqçıların fəaliyyətinə əngəl olacaq. Artıq vətəndaş zəng edən nömrənin hansı təşkilata aid olduğunu ekranda görə biləcək.
Yeni qanun vətəndaşların şəxsi məlumatlarını və maliyyə təhlükəsizliyini gücləndirmək üçün bir sıra yeniliklər təqdim edir. Rəqəmsal etiketləmə: Təşkilatlardan gələn zənglər identifikasiya ediləcək. Bundan əlavə vətəndaşlar öz razılığı olmadan adlarına SİM kart qeydiyyatını qadağan edə biləcəklər.
Banklar fırıldaqçılıq şübhəsi olduqda istifadəçinin nağd pul çıxarışını 48 saat müddətinə gündə 50 min rubl həddində məhdudlaşdıra biləcək. Mərkəzi Bank isə fırıldaqçılıq riski olan hesablar üçün aylıq 100 min rubl limit tətbiq edəcək. Bu, xüsusilə yaşlı və texnologiyadan az anlayışı olan vətəndaşların qorunmasına yönəlib.
Aqil
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 14 May 2025 15:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















