BANM “Bilik Kuboku”nun qalibi olub AZƏRTAC
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 29 dekabr, AZƏRTAC
Azərbaycanın müxtəlif ali təhsil müəssisələrinin iştirak etdiyi Universitet Liqasının payız mövsümü başa çatıb.
“Bilik Kuboku” uğrunda mübarizədə SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) "Better Call P" komandası qalib gəlib. Komanda bütün rəqiblərini geridə qoyaraq birinci yerə layiq görülüb.
Bu barədə AZƏRTAC-a BANM-dən məlumat verilib.
Turnirdə ölkənin 6 regionundan 25 ali təhsil müəssisəsi və 250-dən çox komanda iştirak edib. Üç ay davam edən yarışın məqsədi tələbələr arasında intellektual oyunlara marağı artırmaqdır. Universitet Liqası Azərbaycan Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Xəzər İntellektual Gənclər Klubunun birgə təşkilatçılığı ilə keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 29 Dekabr 2024 11:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















