BANM in 9 tələbəsi TÜBİTAK da istehsalat təcrübəsi keçəcək
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 2 iyul, AZƏRTAC
SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) kompüter mühəndisliyi ixtisasının tələbələri - Nərgiz Əliyeva, Sahib Rzayev, Firuzə Ağayeva, Banuçiçək Məmmədova, Cəmilə Namazova, Sona Nağdəliyeva, Sənan Yaqubov, Sevinc Əliyeva və Nicat Əlizadə Türkiyədə nüfuzlu elmi-tədqiqat qurumu olan TÜBİTAK-da istehsalat təcrübəsi keçəcək.
Universitetdən AZƏRTAC-a bildirilib ki, təcrübə proqramı Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin Elm və Texnoloji Tədqiqatlar Şurasının (TÜBİTAK) İnformatika və İnformasiya Təhlükəsizliyi üzrə Tədqiqatlar Mərkəzi (BİLGEM) ilə BANM arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən həyata keçirilir.
Proqram çərçivəsində tələbələrin bütün xərcləri qarşılanacaq. Məqsəd tələbələrin informasiya texnologiyaları, kibertəhlükəsizlik və proqram təminatı sahəsində bilik və bacarıqlarını artırmaq və onlara beynəlxalq təcrübə qazandırmaqdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 02 İyul 2025 12:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















