Icma.az
close
up
RU
BANM və SOCAR Capital ın birgə təşkilatçılığı ilə təqdimat keçirildi

BANM və SOCAR Capital ın birgə təşkilatçılığı ilə təqdimat keçirildi

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

BANM və SOCAR Capital-ın birgə təşkilatçılığı ilə beynəlxalq maliyyə bazarları mövzusunda təqdimat keçirilib.

Redaktor.az xəbər verir ki, 28 fevral 2025-ci il tarixində Bakı Ali Neft Məktəbi (BANM) və SOCAR Capital-ın birgə təşkilatçılığı ilə kapital bazarları və qlobal maliyyə trendləri mövzusunda maarifləndirici təqdimat keçirilib. Tədbirin əsas qonağı SOCAR Capital-ın kapital bazarları üzrə baş məsləhətçisi Ali Ağaoğlu olub.

Təqdimat “2025 və ondan sonrakı illərdə beynəlxalq maliyyə bazarlarında bizi nə gözləyir” mövzusuna həsr edilib. Tədbirdə BANM-in müəllim və tələbə heyəti, maliyyə və biznes sahəsinin nümayəndələri, iqtisadçılar və media mənsubları iştirak ediblər.

Ali Ağaoğlu çıxışı zamanı beynəlxalq maliyyə bazarlarında gözlənilən tendensiyalar, qlobal iqtisadiyyatın əsas çağırışları, inflyasiya və faiz siyasətləri, eləcə də yeni investisiya imkanları barədə geniş məlumat verib. O, həmçinin, SOCAR-ın həyata keçirdiyi mühüm layihələr və təşəbbüslər, xüsusilə bərpa olunan enerji sektorunun maliyyələşdirilməsi və “yaşıl” istiqrazların əhəmiyyəti barədə danışıb.

Ali Ağaoğlu vurğulayıb ki, SOCAR-ın “yaşıl” istiqraz layihəsi Azərbaycanın enerji sektorunun davamlı inkişafı və ekoloji dayanıqlılığa töhfə vermək məqsədi daşıyır. O, bu istiqrazların maliyyə bazarında yaratdığı imkanlar, investorlar üçün verdiyi üstünlüklər və qlobal ekoloji trendlərlə uyğunluğu barədə geniş məlumat verib.

Təqdimatdan sonra Ali Ağaoğlu auditoriyanın suallarını cavablandırıb. Xüsusilə, tələbələrin kapital bazarları, investisiya strategiyaları, enerji sahəsində “yaşıl” maliyyə mexanizmləri və SOCAR-ın ekoloji dayanıqlılıq təşəbbüsləri ilə bağlı sualları müzakirə edilib.

Tədbir BANM və SOCAR Capital-ın maliyyə sahəsində gənc mütəxəssislərin bilik və bacarıqlarının artırılması istiqamətində əməkdaşlığını dərinləşdirmək məqsədilə təşkil olunub. Şirkət kapital bazarları və investisiya sahəsində biliklərin artırılması üçün bu cür görüşləri mütəmadi olaraq keçirməyi planlaşdırır.

Bu cür tədbirlərin keçirilməsi tələbələrin qlobal maliyyə bazarlarının işləmə prinsiplərini daha yaxından öyrənməsinə, həmçinin SOCAR-ın həyata keçirdiyi mühüm layihələr və ekoloji dayanıqlı investisiya təşəbbüsləri ilə tanış olmasına şərait yaradır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 01 Mart 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri