Banqladeş və Pakistan arasında ticarət əlaqələri bərpa edilib
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
Banqladeş və Pakistan 1971-ci ildə suveren Benqal dövləti elan edildikdən sonra kəsilən ikitərəfli ticarət əlaqələrini bərpa edib.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə "The Times of India" nəşri məlumat yayıb.
Fevralda Dəkkə və İslamabad arasında Pakistan Ticarət Korporasiyası vasitəsilə 50 min ton düyü tədarükü haqqında saziş imzalandıqdan sonra 25 min ton düyünün yükləndiyi ilk gəmi Pakistanın Qasim limanından Banqladeşə yola düşüb. İkinci analoji partiya ölkəyə martın əvvəlində tədarük ediləcək. Banqladeş və Pakistan düyü ixracına başlanılmasının iki ölkə arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi və ticarətin bərpası istiqamətində müsbət addım olduğunu bildirib.
1971-ci ilin mart ayına qədər Banqladeş Pakistanın tərkibinə daxil olub. Milli azadlıq müharibəsində Hindistan qoşunlarının dəstəyi ilə Pakistan ordusu üzərində qazanılan qələbə nəticəsində Banqladeş 1971-ci il martın 26-da müstəqilliyini elan edib. Ölkə qonşu Hindistanla əlaqələri inkişaf etdirməyə başlayıb, Pakistanla ticarət əlaqələri kəsilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 24 Fevral 2025 16:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















