Icma.az
close
up
RU
Banqladeşdə parlament seçkisi baş tutub

Banqladeşdə parlament seçkisi baş tutub

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Pekin, 12 fevral, AZƏRTAC

Banqladeşdə sabiq Baş nazir Şeyx Hasinanın tələbələrin öncüllüyündəki xalq etirazları ilə hakimiyyətdən uzaqlaşdırılmasından sonra keçirilən ilk parlament seçkisində seçici fəallığı 55-60 faiz təşkil edib.

AZƏRTAC Banqladeş mediasına istinadla xəbər verir ki, bu barədə ölkənin Seçki Komissiyasının rəsmiləri açıqlama verib. Saat 14:00-da seçici fəallığı 48 faiz olub. Yerli vaxtla səhər 7:30-da başlayan səsvermə 16:30-da başa çatıb. Hazırda səslər sayılır. Yaxın saatlarda səsvermənin ilin nəticələri açıqlanacaq.

Səsvermə prosesi ümumən dinc şəraitdə keçib. Qopalqanq şəhərində seçki məntəqəsində kustar üsulla hazırlanmış bombanın partlaması nəticəsində 3 nəfər yaralanıb.

Qeyd edək ki, parlament seçkisi ilə yanaşı konstitusiya islahatları ilə bağlı referendumda da keçirilib. Ölkə üzrə 127,6 milyondan çox qeydiyyatdan keçmiş seçicinin səs verməsi üçün 42 min 761məntəqə fəaliyyət göstərib. Budəfəki seçkidə ilk dəfə olaraq xaricdə yaşayan 15 milyon vətəndaşın iradəsini bildirməsi üçün poçt səsverməsi sistemi tətbiq olunub.

Banqladeş Seçki Komissiyasının məlumatına görə 300 yerlik parlamentə birbaşa (majoritar) qaydada seçkidə 2028 namizəd mübarizə aparıb. Namizədlərin 4 faizi qadındır.

Parlamentdə üstünlüyü qazanaraq hökuməti qurmaq üçün siyasi partiyalara ən azı 151 yer qazanmaq lazımdır.

Seçkidə əsas mübarizə Banqladeş Milliyətçi Partiyası və “Camaat-e-İslam” Partiyasının liderliyindəki siyasi bloklar arasında gedir. Seçki yarışında təxminən 50 partiya iştirak edir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Fevral 2026 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri